Cryoglobulins, Serum.
Krioqlobulinlər soyudulduqda presipitasiya əmələ gətirən (çökmə verən), isidildikdə həll olan (37) paraproteinlərdir.
Soyuğa məruz qaldığında dərisində və ətraflarında qan dövranı problemi olan xəstələrdə, vaskulitlərdə və qlomerulonefritlərdə səbəbi müəyyənləşdirməyə yönəlmiş araşdırmalar zamanı ehtiyac olur.
Test cavabının pozitiv olması, krioqlobulinemiyaya səbəb olan bir xəstəliyin ola biləcəyini düşündürür.
Krioqlobulinemiyanın ən çox rast gəlindiyi xəstəliklər: Hepatit C, Epşteyn Barr, Sitomeqalovirus və toksoplazma infeksiyaları, sistemli qırmızı qurd eşənəyi, revmatoid artrit, Şeqren sindromu kimi autoimmun xəstəliklər, monoklonal qammopatiya undetermined significance (MGUS), multiple mieloma, Waldenstrom makroqlobulonemiyası başda olmaqla hər növ limfoproliferativ xəstəlik. və s.
Artmasına səbəb olan hallar:
• autoimmun xəstəliklər;
• hepatit C və qlomerulonefritin assosiasiya ehtimalı;
• idiopatik krioqlobulinemiya;
• qaraciyər sirrozu;
• mieloma;
• nefropatiyalar.