Cr, Chromium
Xrom elementinin orqanizmdə gedən yağ və karbohidratların mübadilə prosesində də böyük rol oynaması insulin əmələgəlmə prosesinə təsir edir.
Lakin bir çox qida məhsullarının emalı zamanı xrom elementinin böyük hissəsi itir.
Xrom tərkibli qida və preparatların müntəzəm şəkildə qəbulu nəticəsində bir çox xəstəliklərin tam və ya nisbi sağalması prosesi gedir. Bunlara aiddir maddələr mübadiləsinin pozulmaları, xüsusən də piylənmə, hipoqlikemiya, insult, hipertoniya, Kron və Menyer xəstəlikləri, kolit, xora, qastrit, dağınıq skleroz, miqren, epilepsiya və bir çox psixoloji pozulmaları göstərmək olar.
Orqanizmdə insulin mübadiləsinin pozulması, piylənmə və xrom qıtlığının yaranması ürək xəstəliklərinin əmələ gəlməsinə birbaşa təsir göstərir. Daha doğrusu, xrom çatışmazlığı zamanı qanın tərkibində xolesterin və triqliseridlərin miqdarı artır, arterial damarların daxili mənfəzi çirklənir və bütün bunların nəticəsində damarların daralma prosesi baş verir və qan təzyiqi yüksəlir. Qanın tərkibində olan qlükozanın səviyyəsini birbaşa tənzimləyən faktor xromun miqdarıdır. Eyni zamanda qocalma prosesində birbaşa iştirak edən element olaraq yaşlandıqca orqanizmdə xrom miqdarına ona olan tələbat artır.
Orqanizmində kifayət qədər xrom olan insanlarda diabet və ateroskleroza tutulma riski azdır. Xrom xolesterin və yağ bloklarını təmizləyir, miokard infarktının qarşısını alır.
Yaşlı insanın gündəlik xrom tələbatı 50-200 mkq-dır.
Orqanizmdə xrom çatışmazlığının əlamətləri:
- yorğunluq, yuxusuzluq, narahatlıq;
- baş ağrıları, spazmlar;
- nevralgiya ağrıları;
- əzələ kordinasiyasının pozulması;
- əl-ayaqda əsmə;
- hiperqlikemiya, hipoqlikemiya
- metobolizm pozğunluğu;
- qanda triqliseridlərin və xolesterinin çoxalması;
- ürəyin işemik xəstəlikləri;
- bədən kütləsinin çox dəyişməsi – çox kökəlmə və ya arıqlama;
- kişilərdə reproduktiv funksiyasının azalması;
Xromun sovrulması qalın bağırsaqda baş verir, mənimsənilməmiş xrom nəcislə xaric olur. Daha böyük miqdar xrom isə öd şirəsi ilə itirilir.
Xrom qlükozaya tolerantlıq faktorunun əsas komponenti olduğundan o qlükozanın hüceyrə membranını təşkil edir. O, insulinin fəaliyyətini aktivləşdirir, bu hormonun təsir etdiyi bütün prosesləri tənzimləmiş olur. Məhz bu mikroelementin çatışmazlığı diabet önü mərhələ zamanı aşkarlanmalı, qarşısı alınmalıdır.
Xrom hamilə qadınlarda da azalır. Ona görə çox vaxt hamiləlik diabeti adlanan sindrom baş verir.
Eyni zamanda lipid mübadiləsinə təsir edir. Ateroskleroz, damar tıxanıqlığı, işemiya kimi xəstəliklərin kökündə də xrom defisiti var.
Heyvanlar üzərində aparılmış təcrübə göstərib ki, xrom defisiti boy artımını saxlayır, sinir sistemini pozur, spermatozoidlərin keyfiyyətini azaldır.
Orqanizmdə xrom artır:
Peşə ilə əlaqədar xrom dermatiti, burun selikli qişasının xoralaşması və burun çəpərinin perforasiyası, xrom hepatozu törədir.
6 valentli xrom daha güclü ümumi toksiki, nefrotoksiki, hepatotoksiki, mutagen və kanserogen təsir göstərir.
Orqanizmdə xrom defisiti müşahidə edilir:
Qlükozaya tolerantlığın azalması, hiperinsulinemiya, qlükozuriya, ac hiperqlikemiya.
Boyun ləngiməsi, hipertriqliseridemiya və hiperxolesterinemiya, aortada aterosklerotik düyünlərin artması, periferik nevropatiya, ali beyin fəaliyyətinin pozulması, dölyaratma qabiliyyəti və sperma sayının azalmasına gətirib çıxarır (xromun defısiti).