Fibrin degradation products
D-dimer
Plazminin təsirindən əmələ gələn fibrin metaboilizminin son məhsuludur. Müxtəlf kalibrli damarlarda formalaşmış trombların müayinəsi üçün daha etibarlı markerdir. Trombotik riskin diaqnostikası, trombolitik müalicənin monitorinqi, heparin qəbulu kəsildikdən sonra trombozun əmələ gəlmə riskinin diaqnostikası vacib olduqda təyin edilir. Konsentrasiyası heparinlə aparılan mülicədən asılıdır.
Hamilələk zamanı, stressdə, fiziki gərginlik zamanı fizioloji artması müşahidə oluna bilər.
D-dimer testi əksər hallarda əlavə test kimi istifadə olunur və diaqnoz klinik təqdimata və digər tədqiqatların nəticələrinə əsaslanır.
D-dimer testi üçün göstərişlər:
-ağciyər emboliyasının (PE) diaqnozu;
-DIC diaqnozu;
-bir sıra xəstəliklərin trombotik genezinin istisna edilməsi: müxtəlif mərhələlərdə hamiləlik itkisi, pre- və eklampsiya, vaxtından əvvəl doğuş, HELLP-sindromu;
-xroniki ürək çatışmazlığı, koronar ürək xəstəliyi, beyin dövranının keçici pozğunluqları, aşağı ətrafların venalarının trombozu zamanı kəskin trombozun inkişaf riskinin proqnozu;
-oral kontraseptivlər, hormon əvəzedici terapiya qəbul edərkən tromboz riskinin qiymətləndirilməsi;
-trombolitik terapiyanın monitorinqi.
D-dimer səviyyəsinin artmasının səbəbləri:
· infeksion iltihabi proseslər;
· magistral damarların trombozu;
· onkoloji patologiya;
· revmatik faktorlar artarkən;
· siqaret çəkmə;
· trombemboliya;
· yaraların sağalma prosesində.