Protrombin Faktoru
Protrombin (faktor II) qaraciyərdə sintez olunan və aktiv olmayan formada qanda dövr edən K vitaminindən asılı qlikoproteindir. K vitamini çatışmazlığı ilə qanda protrombinin səviyyəsi azalır, bu da qanaxmaya səbəb ola bilər.
Protrombin fosfolipidlər, kalsium ionları, Va faktoru (F5 aktivləşdirilmiş) və Faktor Xa (F10, aktivləşdirilmiş) kompleksi ilə trombinə çevrilir. Aktivləşdirilmiş trombin fermenti hemostazda mühüm rol oynayır - qan laxtasının əmələ gəlməsi zamanı fibrinogeni fibrinə çevirir, hüceyrələrin yığılmasını stimullaşdırır, F5, F8 və F13A1 laxtalanma faktorlarını aktivləşdirir. Trombin həmçinin təbii antikoaqulyant protein C-ni aktivləşdirərək laxtalanmaya maneə törədir.
Protrombin və ya laxtalanma faktoru II qan laxtalanma sisteminin əsas komponentlərindən biridir. Marker qan laxtalanma sisteminin Faktor II (protrombin) səviyyəsində dəyişiklik ilə əlaqələndirilir. Hamiləlik dövründə tromboemboliya, tromboz, miokard infarktı , koronar ürək xəstəliyi, tromboembolik ağırlaşmalara genetik meylin müəyyən edilməsi üçün tədqiq edilir . Oral kontraseptivlər və hormon əvəzedici terapiya qəbul edərkən proqnostik əhəmiyyətə malikdir.
Test hansı xəstəliklərdə təyin olunur?
- Tromboz;
- Tromboemboliya;
- Preeklampsi;
- Hamiləlik dövründə tromboembolik ağırlaşmalar;
- İşemik insult;
- Oral kontraseptivlər və hormon əvəzedici terapiya qəbul edərkən tromboembolik ağırlaşmaların riski.