Katexolaminlər, Adrenalin
Normal göstəriciləri: zərdabda-2,0-2,5 nmol/l; sidikdə 30,0-80,0 nmol/sut.
Stress, fiziki gərginlik, siqaret çəkilməsi adrenalinin qanda miqdarını artırır.
Mühüm dərəcəli artma:
- Feoxromositoma;
- Hiperqlikemiya;
- Hpertonik kriz;
- Qanqlionevroma;
- Neyroblastom
Artma:
- Arterial hipertoniya;
- Davamlı ağrı sindromu;
- Feoxromositoma;
- Hiperqlikemiya;
- İnfeksion xəstəliklər;
- İnsulin, kortizon, AKTH tətbiqi;
- Kəskin miokard infarktı;
- Kofein, etanol, teofillin, rezerpin, qəbulu;
- Maniakal-depressiv psixoz;
- Obliterasiyaedici endatrtit;
- Paraqanqlioma;
- Stenokardiya tutmaları.
Azalma:
- Birləşdirici toxumanın sistem xəstəliyi;
- Diensefal nahiyənin zədələnməsi ilə bağlı hipertonik krizlər;
- Hipoqlikemiya;
- Hipotalamusun zədələnməsi;
- İtsenko-Kuşinq sindromu;
- Kəskin leykozlar (xromafın toxumasının degenerasiyası);
- Kondilin terapiyası;
- Miasteniya;
- Parkinsonizm;
- Vegetativ neyropatiyalar, o cümlədən diabetik.