Canser antigen 125(onkomarker)
Şişin assosiasiyalaşmış antigenidir. Periton, plevra, uşaqlıq boruları epiteli və uşaqlıq boynunda mövcud olan qlikoproteindir. Yumurtalıq şişlərinin spesifik markeridir. Onu yumurtalıqların karsinomasında aparılan müalicənin effektivliyini və xəstəliyin gedişinin monitorinqini aparmaq üçün yoxlayırlar.
Mühüm dərəcəli artmasının səbəb olduğu hallar:
• qadın cinsiyyət orqanlarının xoşxassəli şişləri;
• mədə-bağırsaq şişləri (az hallarda);
• süd vəzilərinin, bronxların xərçəngi;
• uşaqlığın artımlarla birlikdə iltihabı;
• yumurtalıq şişlərinin uzaq metastazları;
• yumurtalıqların şişləri.
Artmasının səbəb olduğu hallar:
• autoimmun xəstəliklər;
• endometrioz;
• hamiləliyin birinci trimestri;
• xroniki hepatit;
• xroniki pankreatit;
• qaraciyər sirrozu.