Dihidroepiandrosteron Sulfat, DEA-SO4
DHEA-S (dehidroepiandrosteron-sulfat) - böyrəküstü vəzinin androgen hormonudur. Böyrəküstü vəzin qabıq maddəsində sintez olunur. Bu hormonun səviyyəsi böyrəküstü vəzinin androgen-sintetik aktivliyinin göstəricisidir. DHEA-nın androgen aktivliyi zəifdir, lakin periferik toxumalarda onun metabolizmindən testosteron və dihidrotestosteron əmələ gəlir.
Cinsi yetkinlik dövründə DHEA səviyyəsi yüksəlir, insan reproduktiv dövrdən çıxdıqca azalır. Hamiləlik dövründə həmçinin azalır.Adrenal hiperplaziya və adrenal karsinoma ehtimalının araşdırılması, hirsudizm, virilizasiya, menstruasiya qeyri müntəzəmliyi kimi əlamətlərin və yumurtalıqların polikistozunun səbəblərinin araşdırılması məqsədi ilə də istifadə olunur.Adrenal hipoplaziya və Addison xəstəliyində DHEA və DHEA-SO4 miqdarı aşağı olur.
Analizin aparılması üçün əsas göstərişlər:
- Androgenital sindrom;
- Böyrəküstü vəzin şişləri;
- Ektopik AKTH sintez edən şişlər;
- Adəti düşüklər;
- Dölün hipotrofiyası;
- Feto-plasentar kompleksin diaqnostikası (12-15 həftədən).
DHEA səviyyəsinin yüksəlməsi müşahidə olunur:
- Androgenital sindrom;
- Böyrəküstü vəzin şişləri;
- Ektopik AKTH sintez edən şişlər;
- Kuşinq xəstəliyi;
- Feto-plasentar çatışmazlıq;
- Qadınlarda hirsutizm;
- Bətndaxili dölün ölüm təhlükəsi
DHEA səviyyəsinin azalması müşahidə olunur:
- Dölün böyrəküstü vəzilərinin hipoplaziyası;
- Bətndaxili infeksiya;
- Hestagenlərin qəbulu.