pankreas hormonu
İnsulinin qan dövranında yarımparçalanma dövrü 5 dəqiqədir. Bu hormon orqanizmdə karbohidrat, zülal və lipid mübadiləsinə müxtəlif fermentlərin aktivliyini dəyişmək yolu ilə çox cəhətli təsir göstərir. Ümumiyyətlə, insulinin təsirini 3 qrupa bölmək olar:
1. Sürətli təsir (saniyələr ərzində) - qlükozanm, amin turşuların və kalium ionlarının insulinə həssas olan hüceyrələrə daxil olmasını sürətləndirir.
2. Orta sürətli təsir (dəqiqələr ərzində): zülal sintezi stimulyasiya edilir; zülalların katabolizmi azalır; qlikogenin sintezi sürətlənir və qlikoliz fermentlərinin fəallığı artır; fosforilaza və qlikoneogenez fermentlərinin fəallığı azalır.
3. Uzun müddətli təsir: lipogenez proseslərinin fermentlərinin sintezi artır (bunların nüvə RNT-lərinin miqdarının artması nəticəsində).
Artmasına səbəb olan hallar:
- Qaraciyər xəstəlikləri;
- Cuşing sindromu;
- Akromeqaliya;
- Fruktoza və qalaktozaya qarşı dözülməzlik;
- Piylənmə;
- Şəkərsiz diabetin II tipi;
- İnsulinoma;
- Qlükaqon, fruktoza, böyümə hormonlan, saxaroza, qlükoza, kortizon alan şəxslər.
Azalmasına səbəb olan hallar:
- Şəkərli diabetin I tipi;
- Hipopituitarizm;
- Spirtli içkilər;
- Bəzi dərman preparatlan (furosemid, tiazid, metmorfm, fenformin).