ROMA (Risk of Ovarian Malignancy Algorithm)-Yumurtalıqların bədxassəli olması riski alqoritmi
böyük diaqnostik əhəmiyyət kəsb edir. Kiçik çanaqda törəmələr olan zaman, ROMA indeksi vasitəsilə yumurtalıq xərçənginin olma ehtimalı faizlə qiymətləndirilir.
Yumurtalıqların xərçəngi qadınlarda geniş yayılmış bədxassəli törəmələr siyahısında 3-cü yeri tutur.
Menopauza dövründə şişin əmələ gəlmə səbəbi olmamasına baxmayaraq, yaş həddi artdıqca xəstəliyin yaranma riski də yüksəlir.
HE4 konsentrasiyası yumurtalıqların xərçəngi diaqnozu qoyulmazdan 3 il, CA-125 konsentrasiyası isə 8-10 ay əvvəl yüksəlməyə başlayır. Ginekologiyada erkən diaqnostika məqsədi ilə zərdab onkomarkerləri olan CA-125 və HE4 konsentrasiyası səviyyəsinə, eləcə də, qadının menopauza dövrünün vəziyyətinə əsaslanan xüsusi hesablanmış alqoritmdən istifadə edilir. HE4 və CA-125 göstəricilərinin birgə təyini yumurtalıqların maliqnizasiya riski haqqında geniş informasiya əldə etməyə imkan verir. CA-125 onkomarkerinin həssaslığı yumurtalıqların xərçənginin erkən mərhələlərində yüksək deyildir.
50%-dən aşağı hallarda erkən mərhələdə, 80%-dən çox hallarda isə gecikmiş mərhələlərdə yüksək olur.
Bəzən CA-125-in miqdarı yumurtalıqların xərçənginin olmasına baxmayaraq dəyişməyə bilir. CA-125 onkomakeri yalnız yumurtalıq xərçənginə xas olmadığı üçün bir çox digər hallarda da yüksələ bilər.
HE4 markeri isə yumurtalıqlara spesifik olduğu üçün daha etibarlıdır.
Qeyd: Bu alqoritm 18 yaşdan aşağı olan və şiş əleyhinə terapiya qəbul edən pasiyentlərə aid edilmir.