Karsinoid sindromunun diaqnozu və müalicəsinin təqibi məqsədi ilə istfadə olunur. Bu dəyərləndirmə zamanı, çox zaman yanaşı sidikdə 5-hidroksi indol asetat turşusu və qanda xromoqranin testlərinə də ehtiyac olur. Karsinoid sindromdan başqa, dempinq sindromunda, miqren, şizofreniya, essensial hipertenziya, Huntngton xəstəliyi və Dochenne əzələ distrofiyasında da serum serotonin konsentrasiyası yüksələ bilər. Bundan başqa, kəskin intestnal obstruksiyada, kistik fibrozda, kəskin miokard infarktında, qeyri tropikal spruda serumda serotonin konsentrasiyası yüngül dərəcədə yüksək ola bilər.
Daun sindromunda, müalicə edilməyən fenilketonuriyada, Parkinson xəstəliyində və şiddətli depresiyada serum serotonin konsentrasiyası aşağı olur.
Litium, MAO inhibitoru, metildopa, morfin və rezerpin istifadəsi serotonin səviyyəsinə təsir göstərə bilər.
Artmasının səbəb olduğu xəstəliklər:
• Dempinq-sindromu;
• karsinoid sindromu (100 dəfədən çox);
• kəskin bağırsaq keçməməzliyi;
• kəskin miokard infarktı;
• qalxanvari vəzin medulyar xərçəngi;
• mədənin, bağırsaqların və ağciyərlərin bədxassəli törəmələri;
• mukovissidoz.
Azalmasının səbəb olduğu xəstəliklər:
• B6 hipovitaminozu;
• Daun sindromu;
• fenilketonuriya;
• xolesistit;
• xroniki leykozun kəskinləşməsi.
5652 | 27.02.2025
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
130 AZN
Müraciət et
Texniki Göstəricilər
BÖLMƏ
|
Hormon |
Çalışma üsulu
|
HPLC-ECD |
Daşınma şəraiti
|
Soyuq zəncir prinsipini qoruyaraq, şaquli vəziyyətdə daşınmalı |
Nəticə vermə vaxtı
|
7 iş günü |
Nümunə miqdarı
|
500 mkl |
Nümunə növü
|
Serum |
Rədd etmə kriteriyaları
|
Hemolizli,lipemik və ikterik nümunələr |
Sinonim
|
5-hidroksitriptamin |
Testə hazırlıq/xüsusi şərtlər
|
Səhər ac qarına qan alınmalıdır |
Testin kodu
|
LAB-10-063 |
Tüb (qab)
|
Sarı qapaqlı tüb |
Sizin ünvanda bizim tibbi xidmətlər
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.