Ümumi T4 (tetrayodtironin)
Tiroksin (T4) - qalxanabənzər vəzidə bu vəzinin digər hor monlarına nisbətən çox sintez edilir; plazmada həm sərbəst, həm də zülallarla birləşmə şəklində olur. Plazma zülallarının a-qlobulin fraksiyasında tiroksinlə yüksək dərəcədə birləşmə xassəsinə malik olan zülal vardır. Buna tiroksinbirləşdirici zülal (TBZ) deyilir; digər plazma zülallarının tiroksinlə bir ləşmə qabiliyyəti TBZ-yə nisbətən zəifdir. Tiroksin hormonu triyodtironinlə birlikdə orqanizmin yağ, karbohidrat və zülal metabolizmini tənzim edir. Bu hormonların sümüklərdə gedən mübadiləyə (xüsusən kalsium mübadiləsinə) də təsiri vardır.
Artmasına səbəb olan hallar:
- Hipertiroidizm;
- Düyünlü tirotoksikur;
- Hamiləlik;
- Qalxanabənzər vəzinin karsinoması;
- Tirotrop hormon sintezinin artmasına səbəb olan adenomalar;
- Bəzi dərman preparatları: tiroid preparatları, tiroliberin, tirotrop hormon və AKTH, estrogen, levarterenol, methadon, heroin və hamiləliyin qarşısını alan preparatlar;
- Haşimoto tiroiditinin bəzi formaları;
Azalmasına səbəb olan hallar:
- Endemik ur;
- Strumektomiya;
- Radioloji tədqiqatlarda istifadə edilən xüsusi maddələr;
- Bəzi diuretiklər.

