Ureaza testi
Helicobacter Pylori-nin təyinində Ureaza Tənəffüs testi-xüsusilə antibiotikoterapiyadan sonra eradikasiyanın nəticəsini öyrənmək üçün daha rahat istifadə edilən üsuldur.
Pasiyentin oral yolla qəbul etdiyi sidik cövhəri mədədə mövcud olan H.Pylori tərəfindən CO2 və ammonyaka parçalanır. Ayrılmış CO2 nişanlanmış C14 karbon izotopu cihaz vasitəsilə deteksiya edilərək pasiyentə nəticə təqdim olunur.
Testin üstünlükləri:
-Qısa müddət ərzində nəticənin əldə olunması;
-Yüksək həssaslığıa və spesifikliyə malik metod;
-Həm uşaqlar, həm böyüklər üçün ağrısız, qeyri-invaziv bir müayinə üsulu;
-Eradiaksiya terapiyasının izlənilməsi məqsədilə aparılan etibarlı metod.