Qanın əkilməsi - bakterimiya və ya sepsis törədən mikroorqanizmlərin izolə və ya identifikasiya olunması üçün istifadə olunur.
Bakteriyaların təmiz kulturalarının əldə edilməsinin, fiziologiyası və identifikasiyasının öyrənilmə üsulları infeksion xəstəliklərin mikrobioloji diaqnostikasının əsasını təşkil edir.
Kultural və ya bakterioloji müayinə üsulunun, yəni mikroorqanizmlərin təmiz kulturasının əldə edilməsinin, onun identifikasiyasının, antibiotiklərə qarşı mikrobun həssaslığının öyrənilməsinin yoluxucu xəstəliklərin diaqnostikasında və müalicəsində çox mühüm əhəmiyyəti vardır.
Bütün bunları həyata keçirmək üçün, xüsusən patoloji materialdan hər hansı bir mikrob növünü ayırmaq üçün həmin material mütləq müəyyən bir qidalı mühitə, hətta əgər xəstəlik təxminən müəyyən olduqda belə patoloji material həmin mikrob üçün ən əlverişli olan qidalı mühitə (elektiv mühitə) əkilməlidir. Bununla bərabər, hər hansı bir mikrob ştammını uzun müddət laboratoriya şəraitində saxlamaq lazım gələrsə, onu vaxtlı-vaxtında (təxminən 3-4 həftədən bir) bir qidalı mühitdən digər qidalı mühitə köçürmək lazımdır, çünki bir qidalı mühitdə mikroorqanizm uzun müddət qaldıqda orada olan lazımlı qida maddələri tükənir və eləcə də mikrobun ifraz etdiyi zərərli məhsullar (toksinlər) hətta onun özünün də normal yaşayışı üçün təhlükə yaradır.
Qan kultivasiyası üçün qan kultivasiya dəstindən istifadə olunur.
Bir dəst ideal olaraq bir aerob, bir anaerob şüşədən ibarətdir. Həm aerob, həm də anaerob şüşə dəstlərinin olması stafilokoklar, Enterobacteriaceae üzvlərinin və anaerobların aşkar olunma ehtimalını artırır.
Uşaqlarda isə anaerob bakteremiya olma tezliyi böyüklərlə müqayisədə xeyli azdır və anaerob sepsisin inkişaf etməsi üçün risk faktoru daşıyan xəstələr(qarın boşluğu patologiyaları və s.) asanlıqla ayırd edilə bilir. Bu səbəbdən rutində uşaqlarda anaerob şüşə istifadəsinə ehtiyac yoxdur.
Materialın miqdarı:
Alınan qan miqdarı törədici mikroorqanizmin təyin olunmasına təsir edən ən önəmli faktordur
Alınan qan miqdarı artdıqca törədicinin izolə edilmə ehtimalı artır, kontaminasiya ehtimalı azalır, nəticə verilməsi müddəti qısalar.
Bir dəfəyə alına bilinəcək qan miqdarı, xəstənin ümumi qan həcminin %4-5%- i olmalıdır.
Pediatrik xəstələrdə, kultivasiya üçün alınan qan miqdarı xəstənin ümumi qan həcminin 1%-dən az olmamalıdır
Yenidoğulmuşlarda:
Yetərli həcmdə (ən az 1 mL) tək hemokultura alınması yetərlidir
Uşaqlarda:
Az sayda mikroorqanizmin təyin olunabilməsi üçün ən az 2 mL qan alınmalıdır
Böyüklərdə:
Hər qan kultivasiya seti üçün alınması lazım olan optimal qan həcmi 20-30 ml-dir.
Aerob bakteriyaların təmiz kulturasının alınma üsulları:
Təmiz mikrob kulturası dedikdə, hər hansı bir növə mənsub olan mikroorqanizmin bərk qidalı mühitdə populyasiyası nəzərdə tutulur. Məsələn, izolə edilmiş hər hansı mikrob koloniyası təmiz kultura sayıla bilər. Məlumdur ki, yoluxucu xəstəliklərin törədiciləri insan və heyvan orqanizmində, xarici mühitdə saprofit və şərti patogen mikroblarla qarşılıqlı əlaqədə rast gəlinir. Ona görə də mikrobun morfoloji, kultural, biokimyəvi xüsusiyyətlərini öyrənməklə onun növünü dəqiqləşdirmək, daha doğrusu identifikasiya etmək üçün təmiz kulturasının əldə edilməsi mərhələsi kultural (bakterioloji) müayinənin əsasını təşkil edir. Tərkibində müxtəlif növ mikroblar olan qarışıqdan təmiz mikrob kulturası əldə etmək üçün bir sıra üsullar təklif edilmişdir. Müayinə materialında olan mikrobların mexaniki surətdə bir-birindən ayrılması üsulu təklif olunan üsullar içərisində daha əhəmiyyətlidir ki, bu məqsədlə də izolə olunmuş öyrəniləcək koloniyalar qidalı mühitin səthində əldə edilir. Geniş tətbiq edilən üsullardan biri də elektiv qidalı mühitlərdə materialın əkilməsidir. Bu zaman şübhə doğuran mikrob növü bu mühitdə daha yaxşı inkişaf edir. Məsələn, patoloji materialı 1%-li qələvi peptonlu suya əkməklə oradan vəba vibrionlarını ayırmaq asan olur, yaxud da laxtalanmış at zərdabında əkməklə difteriya çöplərinin təmiz kulturasını almaq asanlaşır.
2598 | 21.05.2024
Texniki Göstəricilər
BÖLMƏ
|
Mikrobiologiya |
Çalışma üsulu
|
Əkilmə |
Daşınma şəraiti
|
otaq temperaturunda 72 saat. Soyuq şəraitdə qətiyyən saxlanılmamalıdır, |
Nəticə vermə vaxtı
|
5-7 iş günü ərzində |
Nümunə miqdarı
|
8-10 ml |
Nümunə növü
|
Qan |
Rədd etmə kriteriyaları
|
saxlanma şəraiti pozulduqda |
Sinonim
|
Hemokultura |
Testə hazırlıq/xüsusi şərtlər
|
Qan antibiotik terapiyası başlamazdan öncə, kritik hallarda isə antibiotik dozası vurulmazdan əvvəl alınmalıdır.Dəri əvvəlcə yodla sonra 70% li spirtlə silinir. Toplanacaq şüşənin ağzı 70%li spirtlə silinir.Uşaqlarda alınacaq qanın minimal miqarı 1-3ml, böyüklərdə 1 aerob və 1 anaerob şüşəyə ( Hərəsinə 8-10 ml ). |
Tüb (qab)
|
Qan şüşəsi |