Qanın kultivasiyası - bakteriya və ya sepsis törədən mikroorqanizmləri izolə olunması və identifikasiyası məqsədilə aparılır.
Bakteriyaların təmiz kulturalarının əldə edilməsinin, fiziologiyası və identifikasiyasının öyrənilmə üsulları infeksion xəstəliklərin mikrobioloji diaqnostikasının əsasını təşkil edir.
Təbiətdə mikroorqanizmlər qarışıq populyasiya şəraitində yaşayırlar. Mikroorqanizmlərin xassələrini öyrənmək və onların sistematik olaraq vəziyyətlərini təyin etmək üçün, hər şeydən əvvəl, onların ayrı-ayrı növlərini əldə etmək və “təmiz kultura” şəklində becərmək, sonra isə identifikasiya etmək lazımdır. Yəni qəbul edilmiş xüsusi təyinedicidə müqayisəli tərzdə əldə edilmiş mikrobun yerini müəyyən etmək vacibdir. Kultural və ya bakterioloji müayinə üsulunun, yəni mikroorqanizmlərin təmiz kulturasının əldə edilməsinin, onun identifikasiyasının, antibiotiklərə qarşı mikrobun həssaslığının öyrənilməsinin yoluxucu xəstəliklərin diaqnostikasında və müalicəsində çox mühüm əhəmiyyəti vardır. Bütün bunları həyata keçirmək üçün, xüsusən patoloji materialdan hər hansı bir mikrob növünü ayırmaq üçün həmin material mütləq müəyyən bir qidalı mühitə, hətta əgər xəstəlik təxminən müəyyən olduqda belə patoloji material həmin mikrob üçün ən əlverişli olan qidalı mühitə (elektiv mühitə) əkilməlidir. Bununla bərabər, hər hansı bir mikrob ştammını uzun müddət laboratoriya şəraitində saxlamaq lazım gələrsə, onu vaxtlı-vaxtında (təxminən 3-4 həftədən bir) bir qidalı mühitdən digər qidalı mühitə köçürmək lazımdır, çünki, bir qidalı mühitdə mikroorqanizm uzun müddət qaldıqda orada olan lazımlı qida maddələri tükənir və eləcə də mikrobun ifraz etdiyi zərərli məhsullar (toksinlər) hətta onun özünün də normal yaşayışı üçün təhlükə yaradır.
Anaerob bakteriyaların kultivasiya xüsusiyyətləri.
Tibbi mikrobiologiya üçün böyük əhəmiyyətə malik olan anaeroblar (klostridiumlar, bakteroidlər, fuzibakteriyalar və b.) mötədil (mülayim) anaeroblar kateqoriyasına daxildirlər. Onlar qısa zaman müddətində (10-20-30 dəq) oksigenə tolerantdırlar və mühitdə oksigenin konsentrasiyası 3%-dən yuxarı olduqda inkişaf etmirlər. Anaerobların kultivasiya edilməsi və identifikasiya edilməsi mərhələlərində əsas şərt onların molekulyar oksigenin toksiki təsirindən müdafiə edilməsidir. Materialın götürülməsi və onun qidalı mühitlərə əkilməsinə sərf olunan vaxt maksimum qısa olmalıdır. Patoloji materialın tərkibində olan obliqat anaerobları atmosfer oksigenindən qorumaq üçün xüsusi daşınma (nəql etmə) mühitlərindən istifadə edilir. Obliqat-anareonların bioloji xüsusiyyətləri aerob və fakultativ-anaerob bakteriyalarla işlənilən zaman istifadə edilən üsullardan fərqli xüsusi üsulların tətbiq edilməsini tələb edir.
Anaeroblar üçün hazırlanan qidalı mühitlərin tərkibində daha çox qidalı substratlar (maddələr) və vitaminlər olmalıdır. Qida əsası kimi onların tərkibində müxtəlif ekstratlar və zülal hidrolizatları (ürək-beyin, qaraciyər, maya və soya ekstratları, pepton, tripton, kazein hidrolizatı və s.), boy amilləri (hemin, menadion, tvin-80, natrium suksinat və b.), xalis və ya hemoliz olunmuş qan olmalıdır. Qarışıq kulturadan müxtəlif anaerobları ayırıb almaq üçün qida əsaslarına öd, natrium azid, antibiotiklər, nalidiksovat turşusu, malaxit yaşılı və digər inqredientlər əlavə edilir. Təcrübi laboratoriyalarda patoloji materiallardan anaerobları almaq üçün ən çox sterilliyə kontrol (SK) mühitdən, Kit-Tarosi mühitindən, anaerob qanlı aqardan (eritrit-aqar əsasında, yaxud D aqardan), Vilson-Bler mühitindən və tərkibində müvafiq əlavələr olan bəzi digər mühitlərdən istifadə edilir. Anaerob şərait yaratmaq üsulları. Anaerob bakteriyaları becərmək üçün gərəkli şərt anaerob şəraitin yaradılmasıdır. Anaerob şərait fiziki, kimyəvi, bioloji və qarışıq üsullarla yaradılır.
Texniki Göstəricilər
BÖLMƏ
|
Mikrobiologiya |
Çalışma üsulu
|
Əkilmə |
Daşınma şəraiti
|
otaq temperaturunda 72 saat. Soyuq şəraitdə qətiyyən saxlanılmamalıdır, |
Nəticə vermə vaxtı
|
5-7 iş günü ərzində |
Nümunə miqdarı
|
8-10 ml |
Nümunə növü
|
Qan |
Rədd etmə kriteriyaları
|
saxlanma şəraiti pozulduqda |
Sinonim
|
Hemokultura |
Testə hazırlıq/xüsusi şərtlər
|
Qan antibiotik terapiyası başlamazdan öncə, kritik hallarda isə antibiotik dozası vurulmazdan əvvəl alınmalıdır.Dəri əvvəlcə yodla sonra 70% li spirtlə silinir. Toplanacaq şüşənin ağzı 70%li spirtlə silinir.Uşaqlarda alınacaq qanın minimal miqarı 1-3ml, böyüklərdə 1 aerob və 1 anaerob şüşəyə ( Hərəsinə 8-10 ml ). |
Tüb (qab)
|
Qan şüşəsi |