Qanın əkilməsi - bakterimiya və ya sepsis törədən mikroorqanizmlərin izolə və ya identifikasiya olunması üçün istifadə olunur.
Bakteriyaların təmiz kulturalarının əldə edilməsinin, fiziologiyası və identifikasiyasının öyrənilmə üsulları infeksion xəstəliklərin mikrobioloji diaqnostikasının əsasını təşkil edir.
Kultural və ya bakterioloji müayinə üsulunun, yəni mikroorqanizmlərin təmiz kulturasının əldə edilməsinin, onun identifikasiyasının, antibiotiklərə qarşı mikrobun həssaslığının öyrənilməsinin yoluxucu xəstəliklərin diaqnostikasında və müalicəsində çox mühüm əhəmiyyəti vardır.
Bütün bunları həyata keçirmək üçün, xüsusən patoloji materialdan hər hansı bir mikrob növünü ayırmaq üçün həmin material mütləq müəyyən bir qidalı mühitə, hətta əgər xəstəlik təxminən müəyyən olduqda belə patoloji material həmin mikrob üçün ən əlverişli olan qidalı mühitə (elektiv mühitə) əkilməlidir. Bununla bərabər, hər hansı bir mikrob ştammını uzun müddət laboratoriya şəraitində saxlamaq lazım gələrsə, onu vaxtlı-vaxtında (təxminən 3-4 həftədən bir) bir qidalı mühitdən digər qidalı mühitə köçürmək lazımdır, çünki bir qidalı mühitdə mikroorqanizm uzun müddət qaldıqda orada olan lazımlı qida maddələri tükənir və eləcə də mikrobun ifraz etdiyi zərərli məhsullar (toksinlər) hətta onun özünün də normal yaşayışı üçün təhlükə yaradır.
Qan kultivasiyası üçün qan kultivasiya dəstindən istifadə olunur.
Bir dəst ideal olaraq bir aerob, bir anaerob şüşədən ibarətdir. Həm aerob, həm də anaerob şüşə dəstlərinin olması stafilokoklar, Enterobacteriaceae üzvlərinin və anaerobların aşkar olunma ehtimalını artırır.
Uşaqlarda isə anaerob bakteremiya olma tezliyi böyüklərlə müqayisədə xeyli azdır və anaerob sepsisin inkişaf etməsi üçün risk faktoru daşıyan xəstələr(qarın boşluğu patologiyaları və s.) asanlıqla ayırd edilə bilir. Bu səbəbdən rutində uşaqlarda anaerob şüşə istifadəsinə ehtiyac yoxdur.
Materialın miqdarı:
Alınan qan miqdarı törədici mikroorqanizmin təyin olunmasına təsir edən ən önəmli faktordur;
Alınan qan miqdarı artdıqca törədicinin izolə edilmə ehtimalı artır, kontaminasiya ehtimalı azalır, nəticə verilməsi müddəti qısalar;
Bir dəfəyə alına bilinəcək qan miqdarı, xəstənin ümumi qan həcminin %4-5%- i olmalıdır;
Pediatrik xəstələrdə, kultivasiya üçün alınan qan miqdarı xəstənin ümumi qan həcminin 1%-dən az olmamalıdır;
Yenidoğulmuşlarda
Yetərli həcmdə (ən az 1 mL) tək hemokultura alınması yetərlidir.
Uşaqlarda
Az sayda mikroorqanizmin təyin olunabilməsi üçün ən az 2 mL qan alınmalıdır.
Böyüklərdə
Hər qan kultivasiya seti üçün alınması lazım olan optimal qan həcmi 20-30 ml-dir.
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
47,00 ₼
Müraciət et
Texniki Göstəricilər
BÖLMƏ
|
Mikrobiologiya |
Çalışma üsulu
|
Əkilmə |
Daşınma şəraiti
|
Otaq temperaturunda 72 saat. Soyuq şəraitdə qətiyyən saxlanılmamalıdır, |
Nəticə vermə vaxtı
|
5-7 iş günü ərzində |
Nümunə miqdarı
|
1-3 ml |
Nümunə növü
|
Qan |
Rədd etmə kriteriyaları
|
saxlanma şəraiti pozulduqda |
Sinonim
|
Hemokultura |
Testə hazırlıq/xüsusi şərtlər
|
Qan antibiotik terapiyası başlamazdan öncə, kritik hallarda isə antibiotik dozası vurulmazdan əvvəl alınmalıdır.Dəri əvvəlcə yodla sonra 70% li spirtlə silinir. Toplanacaq şüşənin ağzı 70%li spirtlə silinir.Uşaqlarda alınacaq qanın minimal miqarı 1-3ml, böyüklərdə 1 aerob və 1 anaerob şüşəyə hərəsinə 8-10 ml olmalıdır, |
Testin kodu
|
LAB-12-060 |
Tüb (qab)
|
Qan şüşəsi |
Sizin ünvanda bizim tibbi xidmətlər
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.