Cyclic citrullinated peptide antibody
Tsiklik sitrullə olunmuş peptidə qarşı antitellər (Anti-CCP)
Anti-CCP pozitivliyi, eyni zamanda xəstəliyin klinik əlamətləri də olan xəstələrdə, revmatoid artrit ehtimalını təsdiqləyən vacib bir kriteri olaraq qəbul edilir. Revmatoid artrit diaqnozu baxımından təxmini 80% sensitiv və 95%-dən yüksək spesifikliyə malik olduğu müəyyən edildiyindən, neqtiv olması xəstəlik ehtimalını inkar etmək baxımından daha aşağı bir əhəmiyyətə malik olduğu halda, pozitiv olması xəstəlik ehtimalını təsdiqləyən həssas və spesifik test olaraq qəbul edilir. Buna baxmayaraq anti-CCP ilə demək olar ki, eyni həssaslığa malik RF-nin spesifikliyinin 60% ətrafında olduğu göstərilir.Ümumi olaraq spesifikliyi yüksək olmaqla yanaşı, anti-CCP positivliyinin ilk növbədə sistem qırmızı qurd eşənəyi olmaqla əsasən autoimmun xəstəliklərdə də rast gələ biləcəyinə diqqət yetirmək lazımdır. Bu qrup xəstələrdə yalançı pozitivlik nisbəti 10% ətrafındadır.
Tədqiqat nə üçün istifadə olunur?
- Revmatoid artritin çox erkən mərhələdə (xəstəliyin müddəti < 6 ay) və erkən mərhələdə (xəstəliyin müddəti 6 ay - 1 il) diaqnozunun qoyulması məqsədilə;
- ReVmatoid artritin seroneqativ formalarının diaqnostikası üçün (revmatoid faktor testi mənfi olduqda);
- Revmatoid artrit və artikulyar sindromlu digər autoimmün xəstəliklərin differensial diaqnostikasında istifadə olunur;
- Erkən revmatoid artritli xəstələrdə oynaqların məhv edilməsi riskini qiymətləndirmək məqsədi ilə.
Bəzi revmatik xəstəliklər zamanı oynaq sindromu (ağrı, oynaqlarda şişkinlik, səhər sərtliyi, dərinin yerli qızartması) baş verir ki, bu da xüsusilə xəstəliyin ilkin mərhələsində düzgün diaqnozu çətinləşdirə bilər. Bu vəziyyətdə analiz differensial diaqnoz qoymağa köməklik edir, çünki o, yüksək spesifikliyə (98% -ə qədər) və revmatoid artriti aşkar etmək üçün həssaslığa (70% -ə qədər) malikdir, hətta xəstəliyin ən erkən mərhələlərində, yalnız bir neçə simptomlar mövcud olduqda testin aparılması məqsədə uyğun hesab olunur.
Qanında Anti-CCP olan xəstələr üçün, oynaqlarda eroziyaların sürətlə irəliləməsi ilə xəstəliyin daha aqressiv gedişi xarakterikdir, buna görə də xəstəliyin erkən mərhələlərində geri dönməz dəyişikliklərin inkişafının qarşısını almaq üçün adekvat terapiya təyin etmək lazımdır. Oynaqlar (deformasiyalar, ankiloz) və s..
Anti-CCP səviyyəsinin artmasının səbəbləri:
- Revmatoid artrit;
- Yuvenil idiopatik artrit;
- Bəzi birləşdirici toxuma xəstəlikləri (sistemik lupus eritematosus, sistemik skleroderma, Sjögren sindromu);
- Sistemli vaskulit (Wegener qranulomatozu);
- Autoimmün tiroidit.
Hiperqamma qlobulinemiyası olan xəstələrdə testin nəticəsi yanlış mənfi ola bilər.