Analiz nə üçün istifadə olunur?
- Dəridə və selikli qişalarda vezikulların və eroziyaların əmələ gəlməsi ilə müşayiət olunan dəri xəstəliklərinin differensial diaqnostikası məqsədilə;
- Pemfigus foliaceus diaqnozunun qoyulması və müxtəlif formalarının diferensial diaqnostikası məqsədilə;
- Xəstəliyin gedişatına və müalicənin effektivliyinə nəzarət zamanı.
Müsbət nəticənin səbəbləri:
- Pemphigus foliaceus (xəstələrin 80-98%-ində);
- Eritematoz pemfiqus;
- Vegetativ pemfiqus (eyni zamanda desmoglein-3-ə qarşı antikorlar da aşkar edilir);
- Pemfigus vulgaris (desmoglein-3-ə qarşı antikorlar da eyni zamanda aşkar edilir).
Effektiv terapiya ilə qanda anticisimlərin titri normal səviyyədən aşağı düşə bilər.

