Native DNA, dsDNA, Double-Stranded DNA Antibody, Anti-DNA, DANA, Anti-native DNA, Anti-n-DNA
Anti-dsDNT elə bir antitellərdir ki, immun sistemi öz hüceyrələrini yad hüceyrələrdən ayıra bilmədikdə sintez olunur. Bu antitellər məhz hüceyrə nüvəsindəki DNT-ni hədəf alaraq orqan və toxumaları zədələyir. Ona görə də antinuklear antitellər adlanır.
Anti-dsDNT həmçinin qurdeşənəyinin ağırlıq dərəcəsini qiymətləndirmək üçün istifadə olunur. Antitellərin titrinin yüksək olması xəstəliyin kəskinləşmə dövrünə işarə edir. Qırmızı qurdeşənəyinin ağırlaşmalarından olan qlomerulonefritin (böyrəklərin iltihabı və zədələnməsi) monitorinqi üçün də istifadə olunur.
Anti-dsDNT qırmızı qurdeşənəyi xəstəliyi üçün xarakter bir testdir. ANA (antinuklear anticisimlər) analizinin nəticəsi müsbət olan və qurdeşənəyi simptomları olan xəstələrdə diaqnozun dəqiqləşdirilməsində istifadə olunur.