Genital ulcer
Genital Ulcer (xora,yara) bir neçə xəstəlik fonunda yarana bilər.
Genital xoraya əsasən Treponema Pallidum (Sifilis), Hemophilus durceyi (şankroid),Calymmobacterium granulomatis (granuloma inguinale), invasiv Chlamydia trachomatis (lymphogranuloma venerum), HSV1 və HSV2 (herpes), CMV(sitomeqalovirus), VZV (varisella zoster virus) səbəb olur.
Sifilis (Treponema Pallidum- İnkubasiya dövrü: 9-90 gün)
Genital yara: düyməyə bənzər papula, hansı ki, ağrısız eroziyaya çevrilir və daha sonra ətrafı əhatələnmiş az miqdarda seroz eksudatı olan yaraya çevrilir. Səthi adətən bərk olur.
Ağrı: ağrısız olur (əgər pallidumla konfeksiya deyilsə)
Şankroid (yumşaq şankr) (Hemophilus Ducreyi, İnkubasiya dövrü: 4-7 gün)
Genital yara: papula-eritematoz-oreola-pustula-eroziya-yara.
Ağrı:ağrılı
Limfoqranuloma Venerum (Chlamydia Trachomatis (serotip L), İnkubasiya dövrü: 1-ci mərhələ 3-12 gün, 2-ci mərhələ 10-30 gün
Genital yara: kiçik,ağrısız papula və ya vezikula, hansı ki, yaraya çevrilir, Limfa vəziləri tək və ya qrup şəklində böyüyür.
Genital herpes (HSV 2 -90% , HSV1 -10% hallarda)
Genital yara: eritematoz sahələr-qruplaşmış vezikullar-pustulalar-eroziyalar-yaralar.
Xoralar (yaralar) bir-birinə oxşar olduğu üçün yara törədicilərini dəqiq və qısa zamanda təyin etmək üçün sizə "Genital Ulcer paneli"ni təqdim edirik.
Genital Ulcer Panelinə daxildir:
• Treponema Pallidum (sifilis)
• Hemophilus durceyi (şankroid)
• Chlamydia trachomatis (lymphogranuloma venerum)
• HSV1 HSV2 (herpes)
• CMV(sitomeqalovirus)
• VZV (varisella zoster virus).
Bu müayinə genital xoraların (yaraların) müalicəsi zamanı onun bakterial və ya virus mənşəli olmasından asılı olaraq dərman preparatlarının düzgün seçimi üçün vacibdir. Effektiv nəticə əldə etmək üçün multipleks PZR üsulundan istifadə edilməlidir.
QEYD! Panel daxili təyin olunan parametrlər istifadə olunan reaktivlərə görə dəyişə bilər. Müraciət zamanı panel daxili aparılan müayinələr ilə bağlı yerindəcə məlumat almağınız xahiş olunur.
Texniki Göstəricilər
BÖLMƏ
|
Molekulyar Mikrobiologiya |
Çalışma üsulu
|
Real-Time PCR |
Daşınma şəraiti
|
2-8°C |
Nəticə vermə vaxtı
|
24 iş saatı ərzində |
Nümunə miqdarı
|
1,5 ml |
Nümunə növü
|
Urogenital yaxma -Smear maye -Sidik |
Sinonim
|
Genital ulcer |
Testə hazırlıq/xüsusi şərtlər
|
- |
Tüb (qab)
|
ŞƏFFAF EPENDORF |