HBV kəmiyyət, HBV PCR, Hepatit B viral yük, Hepatit B keyfiyyət, Hepatit B virusu
Neqativ nəticə test zamanı viral replikasiyanın və viremiyanın olmadığını göstərir. Pozitiv nəticə isə viremiyanın və viral replikasiyanın davam etdiyinin bir göstəricisidir. Nəticənin pozitiv olmasına baxmayaraq virus konsentrasiyası, quantitatif olaraq ölçülə bilən səviyyənin altında ola bilər. Belə bir halda, kliniki və seroloji əlamətlər də nəzərə alınaraq testin müəyyən bir zaman sonra təkrarlanması məsləhət görülə bilər.
Antivirus müalicəsinin hədəfi, HBV DNA konsentrasiyasının qalıcı bir şəkildə neqativləşməsinin təmin olunmasıdır. Müalicənin başlanmasından sonra neqativ hala gələn nəticənin yenidən pozitivləşməsi və ya DNA konsentrasiyasının əvvəllər olduğundan daha yüksək bir səviyyəyə qalxması müalicəyə davamlılığın inkişaf etdiyini düşündürür.