HCV kəmiyyət, HCV PCR, Hepatit C viral yük, Hepatit C keyfiyyət, Hepatit C virusu
Hepatit C virusu (HCV) qaraciyər hüceyrələrini, eləcə də bəzi qan hüceyrələrini (neytrofillər, monositlər, B-limfositlər) yoluxdura bilir. Əsasən, infeksiya qanla (qan və plazma elementlərinin köçürülməsi üçün dərmanlar, donor orqanlar, steril olmayan şprislər, iynələr, alətlər) vasitəsilə ötürülür, cinsi yolla ötürülən infeksiya ehtimalı isə azdır. Kəskin viral hepatit adətən asİmptomatikdir və əksər hallarda aşkarlanmamış qalır. İnfeksiyaya yoluxanların 60-85%-də xroniki infeksiya inkişaf edir ki, bu da siroz, qaraciyər çatışmazlığı və hepatoselüler karsinoma inkişaf riskini artırır. Gizli, lakin dağıdıcı təsiri üçün infeksiya qeyri-rəsmi olaraq "zərif qatil" adı almışdir. HCV viral hepatitin bütün patogenləri arasında ən yüksək dəyişkənliyə malikdir və yüksək mutasiya aktivliyinə görə immun sistemin qoruyucu mexanizmlərinin təsirindən qaçmağa qadirdir. Virusun genomları dünyanın müxtəlif ölkələrində əhəmiyyətli dərəcədə fərqlənir və interferon preparatlarına fərqli həssaslığa malikdir.
İstifadə məqsədi:
- Kəskin HCV hepatiti ehtimalı düşünülən, ancaq antitel testi nəticəsi neqativ olan şəxslərə;
- seropozitiv anaların doğduğu körpələrə;
- immun cavabında deffekt olması səbəbi ilə immunoloji reaksiya göstərə bilməyəyəcəyi düşünülən xəstələrə (diaqnostika məqsədi ilə);
- seroloji testləri pozitiv olan xəstələrdə aktiv infeksiya ehtimalını təsdiqləmə məqsədi ilə;
- hələ müalicə tətbiq olunmaqda və ya müalicəsi tamamlanmamış xəstələrdə müalicəyə verilən cavabın müşahidəsi məqsədi ilə PZR metodu ilə HCV RNA təyin olunmasına ehtiyac olur.