Borrelia spp, Lyme xəstəliyi, Lyme borreliozu
Analiz haqqında ümumi məlumat
Bu bakteriya spiroxetlər qrupuna aiddir və insanlarda gənə borreliozuna (Lyme xəstəliyi) səbəb olur.
Bir şəxs özü Borellia burgdorferi ilə yoluxmuş gənə tərəfindən dişləndikdə yoluxur. Borreliozun daşıyıcısı olan iksod gənələri ən çox yayılmış gənə qrupudur, onlara Şimal yarımkürəsinin mülayim zonasında hər yerdə rast gəlinir. Çox vaxt insanların yoluxması gənələrin fəaliyyəti dövründə - yaz və yayda baş verir.
Borreliozun inkubasiya dövrü bir neçə həftədir. Erkən mərhələlərdə aşağıdakı simptomlar müşahidə edilə bilər: yorğunluq, titrəmə, baş ağrısı. Həmçinin, borrelioz ilə bəzən xarakterik bir səpgi meydana gəlir - eritema migrans (tədricən genişlənən dərinin qızartısı). Xəstəlik müalicə olunmazsa, ciddi problemlər yarana bilər: oynaq ağrıları, meningit, əzalələrin uyuşması, üz iflici, yaddaşın pozulması, (nadir hallarda) göz və ürəyin zədələnməsi. Xəstəliyin müalicəsi adətən təsirli olur.
İstifadə məqsədi: Lyme xəstəliyi ehtimalının qiymətləndiriliməsi məqsədi ilə istifadə olunur. Törədici insanlara ‘Ixodes’ növündən olan gənələrlə keçir. Kliniki təqdimatın bu şəkildə müxtəliflik göstərməsi, xəstəliyin endemik olmadığı bölgələrdə diaqnozu çətinləşdirir və diaqnozun gecikməsinə səbəb olur. Xəstəliyin klinikası 3 mərhələyə ayrılır. Birinci mərhələ, təxminən 3-30 günlük inkubasiya dövründən sonra başlayır. Gənənin dişlədiyi nahiyyədə yaranan miqrasiya edən eritema adlandırılan dəri zədələnmələri ilə xarakterizə edilir. Xəstələrin təxminən yarısında yanaşı olaraq soyuqdəyməyə bənzər şikayətlər, titrəmə və əzələ ağrıları olur. İkinci mərhələ infeksiyadan sonrakı mərhələ, həftələr ərzində başlayır. İnfeksiya törədicisinin bütün orqanizmə yayılması nəticəsində sistemli əlamətlər ortaya çıxır. Üçüncü mərhələsi isə infeksiyadan aylar və hətta illər sonra başlayır. Bu mərhələdəki xəstələrin təxminən 60%-də xroniki skelet-əzələ şikayətləri və əlamətləri mövcud olur. İlk edilən test nəticəsinin neqativ olmasına baxmayaraq, güclü bir kliniki şübhə varsa, növbəti 2-4 həftə ərzində testin təkrarlanmasında fayda var.
Vacib Qeydlər
ELISA nəticəsi mənfi olarsa, immunoblot ümumiyyətlə lazım olmaya bilər.
İmmunoblotun etibarlılığı yüksəkdir. Buna görə də, nəticəyə əmin olmaq üçün iki testdən istifadə edilməlidir (əvvəlcə ELISA, sonra təsdiq üçün immunoblot).