Bruselyoz xəstəliyinin diaqnostikasında istifadə olunur.
Xəstə heyvanlardan alınan süd və ət məmulatları epidemioloji təhlükə törədir. Heyvanlar ifrazat məhsulları ilə torpağı, suyu, yemi çirkləndirirlər ki, bunlar da insan üçün yoluxma ocağı ola bilər.
Bruselloz dayaq-hərəkət, sinir və sidik-cinsi sistemi zədələyir. Kliniki mənzərədən asılı olaraq kəskin, yarı-kəskin, xroniki və rezidual formaları ayırd edilir. Keçirilən infeksiyadan sonra 6-9 ay ərzində immunitet qalır. Yenidən brusellaya yoluxma 2-7% hallarda müşahidə olunur.
Hamilələrdə bruselloz zamanı bətndaxili infeksiyanın dölə ötürülməsi mümkündür. Həmçinin postnatal olaraq laktasiya ilə də körpəyə ötürülə bilər. Brusellaya qarşı M immunoqlobulinləri infeksiyanın kəskin mərhələsində formalaşır.
Analiz üçün göstərişlər:
- Buselloz simptomları zamanı: 39-40 dərəcə qızdırma, titrətmə, tərləmə, əzginlik, mialgiya, artralgiya, artrit;
- Əhalinin epidemioloji müayinəsi;
- Qrip, qarın yatalağı, malyariya, infeksion mononukleoz, leptospiroz, limfoqranulematoz, revmatoid poliartritlə differensial diaqnostika;
- Sidik cinsiyyət sistemi və oynaqların izolə olunmuş zədələnməsi zamanı (uyğun anamnez varsa).