CMV avidlik
Sitomeqalovirus infeksiyası anadangəlmə və qazanılmış ola bilər. Birincili infeksiya, adətən, az simptomalu və ya simptomsuz olur. Latent və subklinik formalı Sitomeqalovirus infeksiyası zamanı qeyri-spesifik qripəbənzər əlamətlər müşahidə olunur. Qazanılmış Sitomeqalovirus infeksiyası MSS-ni zədələmir və bir çox hallarda qızdırma, kataral əlamətlər, faringit, poliartrit, boyun və çənəaltı limfa düyünlərinin böyüməsi, qulaqdibi tüpürcək vəzilərini ödemi və ağrılı olması, hepatosplenomeqaliya ilə müşayiət olunur.
Yenidoğulmuşlarda anadangəlmə Sitomeqalovirus infeksiyası üçün sarılıq, hemorragik pupura, hepatoslenomeqaliya, xorioritinit, tənəffüs orqanlarının və MSS-nin zədələnməsi səciyyəvidir. Birincili sitomeqalovirus infeksiyası hamilələrin 0.7-4%-də qeyd olunur. İnfeksiyanın anadan dölə ötürülməsi orta hesabla 40% təşkil edir. Törədici herpes virus ailəsinin DNT tərkibli virusudur. Qan, tüpürcək, sidik, likvor, uşaqlıq yolu möhtəviyyatı, sperma, amnion maye, ana südü vasitəsi ilə yoluxur. 43-53% hallarda Sitomeqalovirus mənbəyi bir neçə il ərzində sidik və tüpürcəklə virus ifraz edən infeksiyalı uşaqlardır. İnfeksiyaya yoluxmuş 6 yaşa qədər uşaqların tüpürcək və sidikləri daha təhlükəlidir.
Sitomeqalovirus xəstəliyinin ötürülmə yolları:
Cinsi yol;
İnfeksiyalı qanın köçürülməsi;
Vertikal transmissiya: antenatal (transplasentar), intranatal (doğuş yollarından), postnatal (ana südü vasitəsilə);
Hava-damcı yolu ilə;
Kontakt yolu ilə.
Klinik mənzərəİstifadə məqsədi: CMV-yə spesifik IgG və IgM antitellərinin bərabər pozitiv olması halında, bu halın ilkin infeksiya lə əlaqəli olub olmadığının müəyyən edilməsinə yardım etmək, həyata keçmə zamanını müəyyən etmək məqsədi ilə IgG avidlik testinə ehtyac olur. CMV IgG avidliyin yüksək olması, ilkin infeksiyanın baş verməsindən ən azı 2-4 ay kimi bir müddət keçmiş olduğunu göstərir. Testin hamiləliyin başlanğıc dövründə aparılması zamanı yüksək IgG avidlik dölün yoluxma və beləliklə də təsirə məruz qalma ehtimalının aşağı olduğunu düşündürür. Buna baxmayaraq aşağı avidlik, ilkin infeksiyanın son 2-4 ay ərzində keçirilməsi ehtimalını dəstəkləyən bir əlamət olaraq qəbul edilir.