Toxo İgM
Bir qadın hamiləlik dövründə yoluxmuşsa, o zaman infeksiyanın doğmamış uşağa keçmə ehtimalı 30-40% təşkil edir. Üstəlik, əgər infeksiya hamiləliyin erkən dövründə baş verərsə, bu, düşüklərə, ölü doğumlara səbəb ola bilər və ya yeni doğulmuş uşaqlarda zehni gerilik, qıcolma, korluq və genişlənmiş qaraciyər və ya dalaq da daxil olmaqla ciddi fəsadlara səbəb ola bilər. Bir çox yoluxmuş uşaqlar, xüsusilə, hamiləliyin gec mərhələsində yoluxmuş uşaqlar sağlam doğulur, lakin illər sonra ağır göz infeksiyaları, eşitmə itkisi və əqli gerilik inkişaf edir.
Bir şəxs Tpksoplazmoz gondii ilə təmasda olduqda, onun immun sistemi parazitə qarşı anticisim sintez edərək reaksiya verir. Toksoplazmaya qarşı iki növ anticisim qanda aşkar edilə bilər: IgM və IgG.
Əvvəlcə IgM antikorları istehsal olunur. Onlar fərdlərin əksəriyyətində ilkin təmasdan 1-2 həftə sonra müəyyən edilir. IgM antikorlarının istehsalı qısa müddətə artır və sonra azalır. Nəhayət, ilkin infeksiyadan bir neçə ay sonra IgM antikor titri əksər insanlarda olan səviyyədən aşağı düşür. Əlavə olaraq, IgM gizli t.gondii aktivləşdikdə və yaxud insanın xroniki infeksiyası olduqda sintez oluna bilər. IgM, döl tərəfindən sintez olunan yeganə antikor növüdür. Yenidoğulmuşlarda müəyyən edilirsə, bu, anadangəlmə infeksiyanı göstərir.
Tədqiqat nə üçün istifadə olunur?
Hamiləlikdən əvvəl və ya hamiləlik dövründə bir qadında Toksoplazmoza gondii infeksiyasının diaqnozu üçün;
Qripə bənzər simptomları olan immuniteti zəif olan insanlarda infeksiya aşkar etmək üçün.
Tədqiqat nə vaxt təyin olunur?
Toksoplazmoza gondii anticisimlərinin yoxlanılması adətən hamilə qadınlar üçün rutin test deyil, lakin xəstə pişik nəcisi, çiy (və ya az bişmiş) ət və ya çirklənmiş qida (su) ilə qidalanarsa və yaxud həkim hamilə qadının əvvəllər toksoplazmoz olub olmadığını müəyyənləşdirmək istəyirsə, lazım ola bilər.
Anticisim testi mənfi olarsa, lakin hələ də toksoplazmoza şübhə varsa, hamiləlik dövründə test bir və ya bir neçə dəfə təkrarlana bilər.
Bu test bəzən immun sistemi zəifləmiş, qripə bənzər simptomları olan və ya toksoplazmoz əlamətləri və ya ağırlaşmaları olan insanlara verilir.
Mənfi nəticə:
Yeni yoluxma və ya yoluxma yoxdur;
Bir aydan çox olan uzunmüddətli infeksiya;
Müsbət nəticə.
Kəskin infeksiya
Yenidoğulmuşlarda anadangəlmə yoluxma;
Gizli gondii və / və ya xroniki infeksiyanın aktivləşməsi;
Nəticəyə nə təsir edə bilər?
Toksoplazmoz üçün test nəticələrini şərh edərkən diqqətli olmaq lazımdır. İmmuniteti zəif olan şəxslər T. gondii infeksiyasına qarşı həmişə güclü immun reaksiya vermirlər - baxmayaraq ki, toksoplazmozun aktiv forması var, IgM və IgG səviyyələri gözləniləndən aşağı olur.
Vacib Qeydlər
Toksoplazmoz üçün müayinə mütləq hərtərəfli olmalı, digər testləri də əhatə etməlidir;
Toksoplazmoz infeksiyasının əsas mənbəyi az bişmiş və ya çiy ətin, xüsusilə də donuz, quzu və maral ətinin, həmçinin çirklənmiş torpaqda, çirklənmiş suda və ya pasterizə olunmamış süddə yetişdirilən yuyulmamış meyvə və tərəvəzlərin istehlakıdır.
Toksoplazmoz gondii bütün dünyada gözdaxili iltihabi xəstəliklərin ən çox yayılmış səbəbidir;
Toksoplazmoz anadan uşağa bətndaxili infeksiya istisna olmaqla, insandan insana keçmir.