Riboflavin
Flavoprotein çatışmazlığı çox vaxt zəif klinik əlamətlər şəklində özünü göstərir.
Bunlara həzm sisteminin funksiyasının pozulmaları, dəridə və gözlərdə yanma hissi, ağzın künclərin də çatlama, genital nahiyənin hiperpiqmentasiyası, seboreya dermatiti (burun, göz və qulağın kənarlarında), baş ağrıları, psixoloji depressiya, yaddaş pozulması və s. aiddir.
B2 vitamini çatışmazlığına əsasən tiamin və niasin çatışmazlığı ilə birlikdə rast gəlinir. Adı çəkilən vitaminlərin çatışmazlığı ilə əlaqədar olan xəstəliklərin əlamətləri çox vaxt qarışıq şəkildə müşahidə edilir.
Təbii mənbələri:
Bitki və heyvan toxumalarında sərbəst riboflavin və onun törəmələri, riboflavin-fosfat və flavinadenin- dinukleotid geniş yayılmışdır. Toxumalardakı riboflavinin 70-90%-i flavinadenindinukleotid (FAD) şəklində olur. Süd məhsullarında, yumurtada, ətdə xeyli miqdarda B2 vitamini vardır. Yaşıl meyvə yarpaqlarında və taxıl bitkilərinin toxumlarında da (buğda, arpa) xeyli miqdarda B2 vitamini mövcuddur.
Günlük tələbat:
Qadınlar üçün: 1,3 mq
Kişilər üçün: 1,7 mq
Azalmasının səbəb olduğu hallar:
- Katarakta xəstəliyi;
- Alkoqolizm;
- Hemoqlobinopatiya (orağabənzər hüceyrəli anemiya) Hamiləlik toksikozlan;
- Hipotiroidizm;
- Qaraciyər xəstəlikləri;
- Anoreksiya;
- Malabsorbsiya sindromu.