Niacin
PP vitamini xassəsinə 2 bioloji aktiv maddə-nikotin turşusu (niasin) və nikotinamid malikdir. Bu vitamin toxumalarda mühüm oksidləşmə-reduksiya proseslərində ko- faktor funksiyası daşıyan nikotinamidadenindinukleotidin (NAD) və nikotinamidadenindinukleotid-fosfatm (NADF) tərkibinə daxil olur. PP vitamini çatışmazlığı səpgi ilə müşayiət edilən dəri xəstəlikləri və mədə-bağırsaq sisteminin funksiyasının pozulmaları-diareyalar şəklində göstərir. Yüksək konsentrasiyalan isə qaraciyərin zədələnməsinə, diabetə, qastritə, oftalmopatiyaya, sidikdə sidik turşusunun və qanda homosisteinin artmasına səbəb ola bilər.
Günlük tələbat:
Qadınlar üçün: 15 mq;
Kişilər üçün: 19 mq;
Təbii mənbələri: Araxis, arpa, pivə mayası, balıq və s.
Artmasına səbəb olan hallar:
• Düzgün aparılmayan müalicə;
• Qaraciyərin zədələnməsi.
Azalmasına səbəb olan hallar:
• Pellaqra xəstəliyi;
• Alkoqolizm;
• Hartnup sindromu.