Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi 2016-cı ildən etibarən laborator, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.
Bizim əsas məqsədimiz pasiyentlərimizə beynəlxalq standartlara uyğun tibbi xidmətlər göstərməklə, ölkənin və regionun ən yaxşı laboratoriya və poliklinik mərkəzlərindən birinə çevrilməkdir.
Hədəfimiz daim ən yüksək səviyyəli tibbi xidmət göstərmək və hər kəsin etibar etdiyi mərkəz olmaqdır. Qabaqcıl dünya təcrübəsindən və müasir tibbi texnologiyalardan istifadə edərək, pasiyentlərimizin məmnuniyyətini yüksəltmək əzmindəyik.
Məhz bu məqsədimizi əsas tutaraq xidmətlərin keyfiyyət nişanı sayılan ISO 9001:2015 (Keyfiyyətin İdarəedilməsi Sistemi) sertifikatını 2018-ci ildə ilk dəfə, 2021-ci ildə isə ikinci dəfə əldə etdik.
Laboratoriyalarımız dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı Avropa şirkətlərinin istehsalı olan tam avtomatlaşdırılmış cihazlarla təmin olunub.
Burada 10 əsas (CoLab, Hematologiya, Mikrobiologiya, Molekulyar Mikrobiologiya, Genetika, Sitogenetika, İmmunologiya, Serologiya, Patohistologiya, Tandem MS) və bir sıra alt bölmələr (prenatal diaqnostika, axınlı sitometriya, metabolik skrininqlər və s.) üzrə 7000-nə yaxın laborator müayinələr aparılır.
Laborator analizlər ən son texnologiyalar və metodikalardan istifadə edilərək, beynəlxalq protokollara əsaslanaraq icra edilir və nəticələrin dəqiqliyi kontrol müayinələr vasitəsilə nəzarətdən keçirilir.
"Əldə etdiyiniz nəticə sadəcə rəqəm deyil" şüarı altında xidmət göstərən Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzində "Doğru nəticə - sıfır xəta" prinsipi qarşıya məqsəd kimi qoyulub.
Bütün mərhələlərin beynəlxalq standartlara uyğun şəkildə aparılması üçün mərkəzimizdə ciddi Keyfiyyətə Nəzarət Sistemi mövcuddur. Bu sistem iş prosesininin bütün mərhələlərdə (preanalitik-analitik-postanalitik) düzgün aparılmasını izləməyə və xətaların qarşısını almağa imkan verir.
Pasiyent hüquqlarına hörmət, pasiyentlərin davamlı maarifləndirilməsi və məlumatlandırılması, laborator analizlərin sürətli, doğru, izlənilə və təkrarlana bilən üsullarla həyata keçirilməsi, peşəkar həkim qəbulları və müayinələrinin təşkili mərkəzimizin ən böyük üstünlüklərindəndir.
Pasiyentlərimizin məmnuniyyəti və rahatlığı məqsədilə daim filial şəbəkəmizi genişləndiririk.
Hal-hazırda Bakı şəhəri üzrə 15 filial, bölgələr üzrə 13 filial, ölkə xarici 3 filial fəaliyyət göstərməkdədir.