Referans Medical Group daxilində fəaliyyət göstərən klinikalar və mərkəzlər:
- Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi- Leyla Medical Center
- LOR Hospital
- Referans Ambulans
- Referans Estetik Mərkəzi
- Referans Eşitmə Mərkəzi
- Referans Wellbeing Center
- Tolerans Nitq və Psixologiya Mərkəzi
- İkinci Nəfəs Ağciyər Xəstəlikləri Mərkəzi
- 36.6 Med Referans Gəncə
- Hepatoloji Mərkəz by Referans Medical Group
- ALTRİX Tibbi Təlim Mərkəzi
Referans Medical Group daxilində fəaliyyət göstərən klinikaları vasitəsilə tibbin bütün sahələrində ixtisaslaşmış peşəkar həkimləri və təcrübəli tibbi-texniki heyəti ilə regionda ən əhatəli xidmət göstərmək məqsədilə yaradılmışdır. Klinikalar şəbəkəsi ən müasir avadanlıqlarla təchiz edilərək pasiyentlərin rahatlığı üçün beynəlxalq standarlara cavab verən modern üslubda qurulmuşdur. Yerli və xarici səhiyyə bazarında pasiyentlərin istək və tələbləri daxilində istənilən ölkədən həkimlərin onlayn və birbaşa konsultasiyaları, ünvanda tibbi xidmət, 7000-dən çox laborator analizlərin xaricə göndərilmədən maksimum keyfiyyətdə təmini, səyyar tibbi xidmət və digər diaqnostik - funksional müayinələrin, poliklinik xidmətlərin keyfiyyətli və operativ həyata keçirilməsi Referans Medical Groupun fəaliyyətinin əsas prioritetləridir.
RMG daxilindəki bütün klinikalarda pasiyentlərin inamını qorumaq və onların daimi məmnunluğunu təmin etmək məqsədilə Keyfiyyətə Nəzarət proqramları tətbiq olunur.
Əhalinin sağlamlığının yaxşılaşdırılmasına, Səhiyyə sisteminin inkişafına və bu sahəyə olan etimadın daha da gücləndirilməsinə dəstək olmaq prinsipinə sadiq qalaraq klinik mərkəzlərimizdə davamlı yeni şöbələr yaradılır, daha da müasir avadanlıqların tətbiqinə başlanılır. Klinikanın vizyonu beynəlxalq standartlara cavab verən tibbi xidmətlər göstərməklə, ölkənin və regionun ən yaxşı tibb mərkəzləri şəbəkəsinə çevrilməkdir.