Məlumatların emalı müqaviləsinin mətni:
Veb saytımızdan istifadə edərkən və təklif etdiyimiz xidmətlərdən yararlanarkən qeyd etdiyiniz fərdi məlumatlarınızın hansı formada istifadə ediləcəyi və necə qorunacağı “Məxfilik siyasəti”mizdə əks olunan qaydada tənzimlənir.
“Məxfilik siyasəti” https://referansclc.com veb saytında toplanan məlumatlara aiddir və bu veb saytda qeydiyyatdan keçməklə, siz, “Məxfilik siyasəti”nin şərtləri ilə razılaşdığınızı təsdiqləyirsiniz. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, Referans Klinik Laboratoriya Mərkəzi yalnız tərəfinizdən veb sayta daxil edilmiş fərdi məlumatları toplayır və işləyir. Siz veb sayta öz fərdi məlumatlarınızı daxil etməklə həmin məlumatların Referans Klinik Laboratoriya Mərkəzi tərəfindən toplanmasına və işlənməsinə icazə vermiş olursunuz.
Referans Klinik Laboratoriya Mərkəzi üzvün şəxsi məlumatlarını qorumağa, texniki təhlükəsizliyə və məxfiliyə zəmanət verir.
Sənədlərin hazırlanması, online və ya fiziki qəbul və məsləhətləşmə zamanı konfidensiallığın qorunmasını təmin edilir.
İstifadəçinin şəxsi məlumatların məxfiliyinin qorunmasına platforma məsuliyyət daşıyır və məlumatı üçüncü şəxsə verməməyə öhdəlik götürür. Məlumatlar yalnız müstəsna hallarda, istifadəçinin yazılı icazəsi və ya məhkəmə qərarı əsasında verilə bilər.
İstifadəçi şəxsi məlumatlarını ( şəxsi kabinet şifrəsini, login və s) digər şəxslərə verməməlidir və buna görə özü məsuliyyət daşıyır.
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən İstifadəçi onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. İstifadəçinin etirazı bizə yazılı surətdə və ya onlayn qaydada təqdim olunmalıdır. İstifadəçilərin etirazının əsaslandırılması tələb olunmur.