Tər testi Kistoz Fibroz (Mukovissidoz) xəstəliyinin diaqnostikasında Qızıl Standart hesab olunur. Kistoz Fibrozun diaqnozu tərdəki xlor konsentrasiyasını ölçməklə qoyulur. Autosom-resessiv yolla ötürülən ən çox yayılmış irsi xəstəlikdir. Xəstəliyin əsas səbəbi 7-ci xromosomda yerləşmiş gen mutasiyasıdır. Hər iki valideyindən mutasiyalı genin ötürülməsi nəticəsində xəstə uşaq dünyaya gəlir. CFTR gen mutasiyası daşıyan valideyinlərin sağlam uşaq dünyaya gətirmə ehtimalı 25%, xəstə uşaq 25%, daşıyıcı uşaq 50%-dir. Kistoz Fibroz əsasən ağciyərlərə, eyni zamanda bağırsaqlara, mədəaltı vəzə, qaraciyər və böyrəklərə təsir edir. Yenidoğulmuşların daban testində İRT səviyyəsi yüksək olan uşaqlarda diaqnozu təsdiqləmək üçün tər testi tələb olunur. Həmçinin ağciyər-bronx patalogiyaları, uzun müddətli qatı bəlğəmli öskürəyi, mədə bağırsaq sistemində pozğunluqlar olan və inkişaf prosesi zəif gedən uşaqlardan götürülür. Bu xəstəlik təngənəfəsliyə, boğulmalara, təkrarlanan ağciyər infeksiyalarına və həzm sistemi problemlərinə (pis qoxulu yağlı nəcis, ürəkbulanma, çəki defisiti, şiddətli qəbizlik, bağırsaq keçməzliyi) səbəb olur.
Tər testi 3 mərhələdən ibarətdir:
- Tərləmənin stimullaşdırılması;
- Tərin yığılması;
- Analiz.
Test yalnız Referans Klinik Laboratoriya Mərkəzində aparılır.
Əldə etdiyiniz nəticə sadəcə rəqəm deyil...
Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33
3608 | 10.11.2023