Alanin aminotransferaza, Serum Glumatik Piruvat Transaminaza (SGPT)
Qaraciyər toxumasının funksional zədələnməsi zamanı AST ilə birgə yüksəlir və qaraciyər zədələnməsində, piylənmə ilə əlaqəli və ya ailəvi steatoz hallarında, hepatitlərdə AST-yə nisbətən daha həssas və spesifikdir.
Qaraciyər xəstəliklərindən başqa əzələ zədələnmələri, əzələ distrofiyaları, kəskin pankreatit və böyrək çatışmazlığı xəstəlilklərində də ALT-nin yüksəlməsinə baxmayaraq, AST daha nəzərə çarpan dərəcədə yüksəlir.
Artmasına səbəb olan hallar:
- İnfeksiya mənşəli mononukleoz;
- Miokard infarktı;
- Kəskin hepatitlər;
- Salisil preparatlarının istifadəsi.
Azalmasına səbəb olan hallar:
- Böyrək çatışmazlığı;
- Pirıdoksin çatışmazlığı;
- Hamiləlik;
- Eritromisinlə müalicə;
- Hemodializ;
- Qaraciyər xəstəlikləri;
- Şəkərli diabetin ketoasidozlu forması.