ASO
Antistreptolizin O konsentrasiyası, boğaz infeksiyalarından sonra daha çox artır. Dəri infeksiyalarından sonra yüksəlmə tezliyi daha aşağıdır. Ağırlaşmalarda yüksək rastlanma tezliyi baxımından da müxtəliflik görünür. Kəskin revmatizmada qızıdrma hallarının 80-85%-də, kəskin qlomerulonefrit hallarının 50%-i, kəskin streptokok pioderma hallarının 30-40%-də əhəmiyyətli dərəcədə yüksək antistreptolizin O konsentrasiyalarına rast gəlinir.
Antistreptolizin O testinə istinad edərək daha məqsədəuyğun dəyərləndirmək üçün yoxlamanın bir neçə həftə fasilə ilə ən azı iki dəfə təkrarlamaq yararlı olur.
Əhəmiyyətli dərəcədə lipemik nümunələrdə, limpoprotein metabolizmasına təsir göstərən bəzi qaraciyər xəstələrində yalançı pozitiv nəticələr əldə edilə bilər. Buna baxmayaraq infeksiyanın erkən dövründə təsirli bir şəkildə antibiotik müalicəsi tətbiq olunan şəxslərdə əhəmiyyətli miqdarda antistreptolizin O artımı olmaya bilər.
Artması müşahidə olunan hallar:
- kəskin qlomerulonefrit;
- revmatizm;
- streptokok infeksiyası.