Ferritin
Kəskin faza zülalı olduğundan qaraciyərin bədxassəli və ya iltihabi xəstəliyi olan şəxslərdə normal hədlərdə olan serumda ferritin konsentrasiyası dəmir defsiti ehtimalını təkzib etdirmir.
Dəmir çatmamazlıgı ilə baglı mikrositozla (ferritin aşagı olur) talassemiya daşıyıcı ilə baglı mikrositozu(ferritin miqdarı normal və ya yüksək olur) differensasiya etmək məqsədi ilə də istifadə olunur.
Serumda yüksək ferritin konsentrasiyasına, irsi hemoxromositoz, transfuziya siderozu, meqaloblast anemiya, hemolitik anemiya, sideroblast anemiya, talassemiya və bədəndə dəmir toplanmasına səbəb olan digər hallarda, Gaucher xəstəliyində, kəskin hepatitlərdə və digər qaraciyər xəstəliklərində rast gəlinir. Xüsusilə, leykemiyalar və limfomalar olmaqla bir çox bədxassəli xəstəliklərdə, hipertiroidizmdə, xroniki böyrək çatışmazlığında və xroniki iltihabi xəstəliklərdə də serumda ferritin konsentrasiyası yüksək olur.
Mühüm dərəcəli artma müşahidə olunan hallar:
- hemoxromatoz;
- hepatosellulyar xərçəng (AFP ilə birlikdə istifadə olunur);
- kəskin mieloblast, limfoblast leykozlar;
- limfoqranulematoz;
- süd vəzisinin xərçəngi.
Artma müşahidə olunan hallar:
• dəmir preparatlarının qəbulu (effekt 2-3 həftədə sonra bəlli olur);
• iltihabi xəstəliklər;
• qaraciyər xəstəlikləri;
• osteomielit;
• respirator infeksiyalar;
• revmatoid artrit;
• sistemli qurdeşənəyi.
Azalması müşahidə olunan hallar:
• dəmir defisitli anemiya.