Vitamin B9, Folat acid
Təbii mənbələri:
Lobya, meyvə-tərəvəzin yaşıl yarpaqları, sitrus meyvələri, buğda, ət və s.
Artmasına səbəb olan hallar:
- Vegetaryanlıq;
- B12 vitamini çatışmazlığı (xəstələrin bir qismində);
- Bağırsaqlarda fol turşusu sintez edən bakteriyalann çoxalması.
Azalmasına səbəb olan hallar:
- B12 vitamini çatışmazlığı olan xəstələrin 60%-i
- Qaraciyər xəstəliyi;
- Hamiləlik;
- Yenidoğulmuşlar;
- Eksfoliativ (qabıqlanan) dermatit ürək və damar xəstəlikləri;
- Alkoqol istifadəsi
- Hemolitik anemiyalar;
- Karsinomalar;
- Az qidalanma;
- Fol turşusu ilə antaqonist (əks) olan dərman preparatlarının (metotreksat, aminopterin, ametopterin və s.) qəbulu
- Qidada bitki mənşəli ərzaqların məhdudlaşdırılması.