Glycated Serum Protein, Glycated Albumin.
Analiz nə üçün istifadə olunur?
Hər iki test - həm fruktozamin, həm də qlükohemoglobin - diabet xəstələrinin qan şəkərinin səviyyəsini izləmək üçün təyin olunan testlərdən hesab edilir. Qlükohemoglobin testindən daha çox görülsə də, onun aparılması çətin olan bəzi hallarda fruktozamin testi çox uğurla istifadə edilə bilər. Beləliklə, fruktozamin analizi, qlükohemoqlobin testinin aparılması mümükün olmayan aşağıdakı hallarda daha təsirli olur:
Şəkərli diabetin müalicə planına əsaslı dəyişikliklər edərkən, fruktozamin bir neçə həftə ərzində tətbiq olunan müalicə tənzimlənməsinin effektivliyini qiymətləndirməyə imkan verir;
Diabetli xəstələrdə hamiləlik dövründə, ana bətnində əhəmiyyətli dəyişikliklər baş verdikdə, qlükoza nəzarəti xüsusilə vacib olur. Fruktozamin testi qlükoza səviyyəsini izləmək və insulin dozasını düzgün tənzimləmək üçün qlükoza testi ilə eyni vaxtda edilə bilər.
Qırmızı qan hüceyrələrinin itirilməsi ilə, xəstədə hemolitik anemiya və ya qan itkisi olduqda qlükohemoglobin testi kifayət qədər dəqiq olmayacaqdır. Hemoqlobinin bəzi formalarının olması onun ölçülməsi üçün istifadə olunan üsullara da təsir edə bilər. Belə hallarda fruktozamin qanda qlükoza səviyyəsini adekvat şəkildə əks etdirən yeganə göstəricidir.
Analiz nə vaxt təyin olunur?
-2-3 həftə ərzində xəstənin qan qlükoza səviyyəsində dəyişiklikləri müşahidə etmək lazım olduqda;
-Lazım gələrsə, şəkərli diabet xəstələrində istifadə olunan terapiyanın korreksiyasını həyata keçirmək, həmçinin düzgün pəhriz və dərmanları seçmək;
-Diabetli hamilələrdə;
-Xəstə insulin və qan qlükoza səviyyələrində dəyişikliklərə səbəb ola biləcək bir xəstəlikdən əziyyət çəkirsə.
Fruktozamin səviyyəsinin artması səbəbləri:
Fruktozaminin konsentrasiyası nə qədər yüksək olarsa, qanda orta qlükoza səviyyəsi bir o qədər yüksək olar. Dəyərlərin özləri deyil, onların dəyişmə meylləri daha çox maraq doğurur. Fruktozamin dəyərlərinin normaldan yüksək səviyyəyə keçməsi ilə müalicə strategiyasının səhv seçildiyi qənaətinə gələ bilərik. Bu, xəstənin qanında şəkərin çox olması, əksinə, insulinin çox az olması və istifadə edilən müalicələrin kifayət qədər effektivliyini olmaması anlamına gələ bilər.
Normal fruktozamin səviyyələrinin dəyərləndirilməsi:
Xəstədə şəkərli diabet yoxdur, xəstəliyin monitorinqi və müalicəsi üçün sistem effektivdir.
Fruktozamin səviyyəsinin azalması:
Bəzən fruktozaminin səviyyəsi onun sintezinin pozulması və ya müxtəlif xəstəliklər nəticəsində orqanizm tərəfindən zülalın itirilməsi, qanda zülalın tərkibinin azalması səbəbindən aşağı düşür. Bu vəziyyətdə, fruktozamin və qlükoza səviyyələri üçün məlumatların dəyərlərində uyğunsuzluqlar əhəmiyyətli ola bilər.
Nəticəyə nə təsir edə bilər?
Yüksək səviyyədə C vitamini (askorbin turşusu) qəbulu, hipertiroidizm.