Kalium ionu hüceyrədaxili kationdur. İnsan orqanizmində 160-250 q-a qədər kalium olur. Bu miqdarın yalnız 2%-ə qə- deri hüceyrədənkənar mayelərin tərkibində, qalan hissəsi isə hüceyrədaxili mühitdə toplanır. Orqanizmin hüceyrələrinin müxtəlif növlərində də kaliumun miqdarı fərqli olur.
Bu iona ən çox eritrositlərdə, əzələ liflərində, beyində və kardiomiositlərdə rast gəlinir. Əzələləri kalium ionları üçün depo hesab etmək olar: saya əzələ liflərinin protoplazmasmda və eninəzolaqlı əzələlərin tünd zolaqlarında kaliumun miqdarı xüsusilə çoxdur. Kalium ionu əzələ tonusunu yüksəldir.
Həzm traktından 1 gün ərzində 25-30 q-a qədər kalium sorulur. Bu, orqanizmdəki kaliumun ümumi miqdarının 1/7 hissəsini təşkil edir. Monosaxaridlərin və aminturşulann sorulmasında da kalium ionlarının mühüm rolu vardır. Bioloji membranlardan kaliumun keçməsi xlor ionlarının da passiv surətdə nəql olunması ilə müşayiət edilir. Kaliumun membranlardan keçməsi isə ATF enerjisinin sərf edilməsi ilə (NA+, K+- ATF- aza fermentinin köməyi ilə) həyata keçən aktiv prosesdir.
Orqanizmin hər 1 kq-na 50-60 mmol kalium düşür. Qanın hüceyrəvi elementlərində isə bu kationun qatılığı 160 mmol/l-ə yaxındır. Qanda kaliumun qatılığının artma və azalması ürək fəaliyyətinin və əzələlərin yığılma qabiliyyətinin müxtəlif- istiqamətli pozulmaları ilə müşayiət edilir.
Hemoliz olmuş qanda eritrositlərdən xaricə çıxan kalium qan serumunun analizindən alınan nəticənin həqiqətəuyğunluğuna təsir göstərir. Buna görə belə qanda kaliumun miqdarını analiz etmək məsləhət görülmür.
Hiperkaliemiya >5,0nımol/l
- Nefrotik və nefrosklerotik mənşəli kəskin və xronik böyrək çatmamazlığı, həmçi-nin böyrəklərlə kaliumun eks¬kre¬siyasının azalması hesabına böyrək damarlarının okklü¬zi¬yası.
-Kəskin dehidratasiya.
-Böyük sahəli travma, yanıq və ya iri əməliyyatlar.
-Ağır metabolik asidoz və şok.
-Hipoaldosteronizm.
-Oliqo-və anuriya.
-Diabetik koma.
-Kaliumqoruyucu diuretiklərlə müalicə.
Hipokaliemiya <3,5 mmol/l
-Öyümə, qusma, ishal metabolik alkaloz;
-osmotik diuretiklər və ya saluretiklərlə müalicə, həmçinin diabetik qlükozuriya;
-stresslə əlaqədar adrenalinin aktivliyinin artması,
-Kuşinq xəstəliyi;
-Yatrogen hipokaliemiya;
-steroidlərin uzunmüddətli qəbulu;
-xronik böyrək çatmamazlığı;
-Bartter sindromu;
-aşağı reninli hiperaldosteronizm.
5808 | 13.08.2024
Texniki Göstəricilər
BÖLMƏ
|
Biokimya |
Çalışma üsulu
|
Fotometriya |
Daşınma şəraiti
|
Soyuq zəncir prinsipini qoruyaraq, şaquli vəziyyətdə daşınmalı |
Nəticə vermə vaxtı
|
Hər gün saat 17:00 da |
Nümunə miqdarı
|
500 mkl |
Nümunə növü
|
Serum |
Rədd etmə kriteriyaları
|
Hemolizli,lipemik və ikterik nümunələr |
Testə hazırlıq/xüsusi şərtlər
|
Səhər acqarına qan alınmalıdır. Səhər saat 11 ə qədər qan verilməlidir. |
Testin kodu
|
LAB-04-047 |
Tüb (qab)
|
Sarı qapaqlı tüb |