Ca (Calcium)
Qan plazmasmdakı kalsiumun 40%-ə qədəri zülallarla, 5%-ə qədəri limon, fosfat və karbonat turşusu ilə kompleks şəklində, qalan hissəsi isə ionlaşmış vəziyyətdə olur. Ionlaşmış kalsiu mun fizioloji proseslərdə rolu daha böyükdür. Buna görə ionlaşmış kalsiumun miqdarının müəyyənləşdirilməsi daha böyük əhəmiyyətə malikdir. Lakin təəssüf ki, bu göstəricini adi laborator müayinələr vasitəsilə deyil, yalnız spesifik kalsium elektrodlan vasitəsilə təyin etmək mümkün olur.
Kalsium bir çox fermentlərin aktivatorudur; xüsusən qamn laxtalanması prosesində mühüm rolu vardır. Qanda kalsiumun miqdarının kəskin surətdə azalması tetanik qıcolmalarla nəticələnir. Bu, hipoparatireoz(tetanıya) xəstəliyinin ən mühum əlamətlərindən biridir.
Orqanizmdə kalsiumun böyük hissəsi sümüklərdə (fosfat bir ləşmələri şəklində) toplanır. Sümüklərdə, hüceyrədaxili mühitdə və orqanizmin bioloji mayelərində kalsiumun miqdarı əsasən pa- rathormon və kalsitonin vasitəsilə tənzim edilir və çox vaxt möv sümlə əlaqədar olaraq, dəyişikliklərə uğrayır (qış aylarında artır)
Hiperkalsiumemiya:
-qalxanabənzər ətraf vəzin adenoması;
-müxtəlif lokalizasiyalı şişlər, əsasən sümüyə metastaz verən; -mədə xorası;
-xəstənin uzunmüddət yataqda olması.
Hipokalsiumemiya:
-qanda ümumi kalsiumun enməsi - hipoalbuminemiyada olur.