Fizioloji rolu: həyat müddəti başa çatan eritrositlər lizisə uğradıqdan sonra onların sitoplazmasından xaricə çıxan hemoqlobin biokimyəvi dəyişikliklərə uğrayır. Bu proses periferik damarlarda və mononuklear faqositlər sisteminin (retikulo- endotelial sistem) hüceyrələrində baş verir. Adətən hemoqlobinin çox hissəsi qaraciyərdə parçalanır. Bundan sonra hemoqlobin retikulo-endotelial sistem hüceyrələrində, xüsusən qaraciyərdə və dalaqda olan qeyri-mütəhərrik makrofaqlarda faqositoza uğradılır. Bu proses zamanı hemoqlobin molekulundan ayrılan həmin əsasını təşkil edən protoporfırin bilirubinə çevrilir. Qanın tərkibində bilirubin albuminlərlə adsorbsiya edilmiş vəziyyətdə olur. Buna sərbəst bilirubin deyilir. Sərbəst bilirubin suda həll olmur, lakin albuminlərlə adsorbsiya edildiyinə görə çöküntü vermir. Albuminlər böyrək yumaqcıqlarında fıltrasiyaya uğramadığına görə, onlann adsorbsiya etdiyi sərbəst bilirubin sidiyə keçə bilmir.
Sərbəst bilirubin zəhərli maddədir. Bilirubinin bu növü qaraciyər hüceyrələrində qlükuron turşusu ilə birləşdirilib, ödün tərkibində bilirubin-diqlükuronid və ya bihrubin monoqlu kuronid şəklində bağırsaqlara ifraz edilir. Beləliklə, həm qaraciyərin özündə əmələ gələn, həm də qan vasitəsilə buraya gətirilən sərbəst bilirubin burada birləşmiş bilirubinə (bilirubi nin mono- və diqlükuronidlərinə) çevrilir.
Birləşmiş bilirubin suda nisbətən yaxşı həll olduğuna görə, orqanizmdən asanlıqla xaric edilə bilir (bağırsaqlara tökülən ödün tərkibindəki biliru binin əsas hissəsi burada çoxmərhələli kimyəvi dəyişikliklərə uğrayıb, sterkobilinogenə çevrildikdən sonra nəcisin tərkibində orqanizmdən xaric edilir), bəzi patoloji proseslər zamanı qanda bilirubinin bu növü artdıqda, sidiyin tərkibində də bilirubin aşkar edilir. Qan serumunda bilirubini tə’yin etmək üçün Van den Berqin diazoreaktivi vasitəsilə aparılan rəng reaksiyalarından istifadə edilir. Bu reaktivi qan serumuna əlavə etdikdə sərbəst bilirubin rəngini dəyişmir. Çünki sərbəst bilirubini adsorbsiya edən albuminlər onun diazoreaktivlə təmasının qar şısını alır. Buna görə sərbəst bilirubini təyin etmək üçün qan serumu zülallarını qabaqcadan spirt vasitəsilə çökdürmək lazım gəlir. Birləşmiş bilirubin isə serumda həqiqi məhlul şəklində olduğuna görə, diazoreaktivlə bilavasitə (düz) reaksiya verir. Buna görə sərbəst bilirubinə vasitəli (qeyri-düz), birləşmiş bilirubinə isə vasitəsiz (düz) bilirubin adı verilmişdir. Ödün tərkibində olan bilirubinin bir hissəsi reduksiyaya uğrayıb, biliverdinə çevrilir. Biliverdin ödə tünd-yaşıl rəng verir. Ümumiyyətlə, bilirubin və biliverdini «öd piqmentləri» də adlandırırlar.
Sidikdə bilirubin yalnız qanda birləşmiş bilirubinin miqdarının artdığı hallarda aşkar edilə bilir. Buna öd yollarının tutulması ilə müşayiət edilən xəstəliklər və qaraciyər parenximasının zədələnmələri səbəb ola bilər. Qanda bilirubinin qatılığı artdıqda onun bir hissəsi toxumalara çökür. Nəticədə dəri və selikli qişalar sarı rəngə boyanır. Bu, müxtəlif xəstəliklərin əsas əlamətlərindən biri olduğuna görə, qanda bilirubinin sərbəst və birləşmiş formalarının tə'yin edilməsinin böyük diaqnostik əhəmiyyəti vardır.
Artıra bilən səbəblər:
-Eritro sitlərin hemoliz intensivliyinin artması;
-Qaraciyərin paren¬xi-masmm zədələnməsi, bilirubin xaricetmə funksiyasının pozulması ilə;
-Öd yolla¬rından bağır¬sağa öd axınının pozulması;
-Düz bilirubin sekresiyasının pozulması.
Ümumi bilirubinin azalmasına səbəb olan hallar:
-Posthemorragik anemiya. alimentar distrofıyada azalır; bilinıbinın azal¬ ması diaqnostik əhəmiyyət kəsb etmir.
15388 | 27.02.2025
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
8 AZN
Müraciət et
Texniki Göstəricilər
BÖLMƏ
|
Biokimya |
Çalışma üsulu
|
Fotometriya |
Daşınma şəraiti
|
Soyuq zəncir prinsipini qoruyaraq, şaquli vəziyyətdə daşınmalı |
Nəticə vermə vaxtı
|
Hər gün saat 17:00 da |
Nümunə miqdarı
|
500 mkl |
Nümunə növü
|
Serum |
Rədd etmə kriteriyaları
|
Hemolizli,lipemik və ikterik nümunələr |
Sinonim
|
Total bilirubin) |
Testə hazırlıq/xüsusi şərtlər
|
Nümunə ac qarına götürülməlidir |
Testin kodu
|
LAB-04-124 |
Tüb (qab)
|
Sarı qapaqlı tüb |
Sizin ünvanda bizim tibbi xidmətlər
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.