TF
Qandakı transferrin miqdarı qaraciyərin vəziyyətindən, insanın qidalanmasından və bağırsaqların işindən asılıdır.Dəmir defisitinin təsdiqi və səbəbini dəyərləndirməyə yönəlmiş araşdırmalar zamanı istifadə edilir.
Dəmirin daşınmasını və biokimyəvi proseslərə qoşulmasını requlyasiya edən zülaldır. Onun qanda miqdarı zərdabın dəmir birləşdirmə qabiliyyətinin xarakterini müəyyən edir.
Normal göstəriciləri: zərdabda-45-75 mmol/l, yaxud 2,5 -4,0 q/l.
Artma:
•dəmirdefısitli anemiya;
•estrogenlərin və peroral kontraseptivlərin qəbulu;
•hemin sintezinin pozulması ilə bağlı anemiyalar.
Azalma:
•fəal iltihabi proses;
•qaraciyər çatışmazlığı;
•xroniki böyrək çatışmazlığı;
•yanıqlar;
•bədxassəli şişlər;
•kortizon və testosteron qəbulu;
•nefrotik sindrom;
•enteritlər;
•irsi defısit.
Xroniki iltihabi xəstəliklərdə xüsusilə, qastrointestinal sistemin aşağı şöbələrinin bədxassəli proseslərində, hepatosellulyar xəstəliklərdə, az qidalanmada, nefrotik sindromda və multiple mieloma kimi onkotik təzyiqi artıran xəstəliklərdə qanda transferrin konsentrasiyası əsasən normadan aşağı olur.
Nadir rast gəlinən irsi bir xəstəlik olan atransferrinemiyada, transferrin konsentrasiyası ölçülməyəcək qədər aşağı olur. Qaraciyər funksiyası, tərkibindəki yara toxumasının (siroz) əhəmiyyətli dərəcədə böyüməsi səbəbindən pozulursa, transferrin səviyyəsi azalır. Dəmir defisiti olduqda isə transferin sərbəst qalaraq qanda miqdarı artır, yəni transferinin dəmirlə doyma dərəcəsi aşağı düşür.