Ümumi xolesterin
Xolesterolun iştirak etdiyi proseslər:
- hüceyrə membranlarının sabitliyini və elastikliyini dəstəkləyir;
- cinsi hormonların (estrogenlər və androgenlər) və adrenal hormonların sintezi;
- dəridə D vitamini sintezi; qaraciyərdə safra turşularının sintezi.
Hiperxolesterolemiya - qanda xolesterinin səviyyəsinin artmasıdır.
Bu, ürək-damar xəstəlikləri üçün əsas risk faktorlarından biridir. Xolesterolun hansı hissəsinin yüksəlməsindən asılı olaraq, hiperxolesterolemiyanın beş növü fərqlənir.
Hiperxolesterolemiyaya səbəb olan xəstəliklər:
- lIA, IIB, III tip hiperlipoproteinemiya, poligen hiperxolesterinemiya, ailəvi kombinə olunmuş hiperlipidemiya, hiperlipoproteinemiyanın I, IV, V tipləri, I-li ekzogen hipertriqliseridemiya, qaraciyər xəstəliyi, qaraciyərdaxili və qaraciyərdən kənar xolestaz, mədəaltı vəz və prostatın bədxassəli şişlərı, qlomerulonefrit, hipotireoz, nefrotik sindrom, XBÇ, alkoqolizm, somatotrop hormonun izolə olunmuş defisiti, hipertoniya xəstəliyi, ÜİX, kəskin miokard infarktı, şəkərli diabet, podaqra. Qlikogenozlar, I, III və VI tip, böyük talassemiya, analbuminemiya, Verner sindromu, nevrotik anoreksiya, idiopatik hiperkalsiemiya.
Bəzi dərmanlar: androgenlər, xlor-propamid, kortikosteroidlər, korti-kotropin, adrenalin, sulfanil¬amid¬lər, meprobamat, fenotiazin, tiazid diuretikləri.
Hiprxolesterolemiyaya səbəb olan xəstəliklər:
- α-Lipoprotein defisiti (Tanjer xəstəliyi), hipoproteinemiya və abetolipoproteinemiya, qaraciyər sirrozu, qaraciyərin bədxassəli şişi, hipertıreoz, azsorulma sindromu, qidalanma çatmamazlığı, sideroblast anemiya, talassemiya, ağciyərin xroniki obstruktiv xəstəliyi, əqli çatmamazlıq, revmatoid artrit, bağırsağın, limfangiektaziyası, meqaloblastanemiya, XZ-in tez enməsi, qaraciyər xəstəlikləri zamanı pis proqnostik əlamətdir, çox zaman yarım kəskin qaraciyər distrofiyasında müşahidə olunur.
Bəzi dərmanlar: neomitsin, xlortetrasiklin, kolxisin, haloperidol, MAO ingibitoru endirə bilər.
Ümumi xolesterol səviyyəsinin təyini şəkərli diabet, piylənmə, ürək-damar xəstəlikləri diaqnozu qoyulmuş xəstələr, həmçinin aterosklerozun inkişaf riski olan insanlar üçün göstərilir.

