Protein C Ag, Protein C Immunologic
Hər növ venoz tromboemboliya problemi ilə üzləşən, xüsusən 2-ci və 3-cü trimestrdə təkrarlanan düşük problemi olanlarda, FV Leiden mutasiyası arasdırmasından öncə skrininq məqsədi ilə tələb oluna bilər.
Venoz tromboemboliya hallarının 12-52%-də aktivləşmiş C zülalı rezistentliyi olduğu, bu halların 90%-də Faktor V Leiden mutasiyası olduğu məlumdur. Hamiləlik və doğuş da bu riski bənzər şəkildə yüksəldir. Cəmiyyətdən cəmiyyətə fərqlər olmaqla yanaşı bu mutasiya en çox rastlanan genetik defektlərdən biri olduğu hesab edilir və bəzi cəmiyyətlərdə bu mutasiya 2% rastlanılır.
İlk və ya təkrarlanan VTE (Venoz tromboembolizm) olan xəstələrin və ailəsində VTE olan insanların qiymətləndirilməsində istifadə olunur. APC trombin tərəfindən protein C-nin proteolitik aktivləşdirilməsi nəticəsində əmələ gəlir. APC-müqavimət APC əlavə edildikdən sonra xəstə plazmasının aşağı antikoaqulyant reaksiyası ilə xarakterizə olunur.
Əsas faktor V Leiden mutasiyasına görə APC müqavimətinin tədqiqində skrininq testi kimi istifadə olunur. O, venoz və arterial tromboembolik xəstəlikləri olan insanların qiymətləndirilməsində istifadə olunur. Etibarlı APC-R testi üçün xəstənin APTT səviyyələri normal olmalıdır. Lupus antikoaqulyantının olması halında, F VIII artımı, hamiləlik və oral kontraseptivlərin istifadəsində yalançı APC müqaviməti müşahidə olunur.