Canser antigen 19-9,Karbohidrat antigeni (onkomarker)
Şişin assosiasiyalaşmış qlikopeptid təbiətli antigenidir. Mədə-bağırsaq traktı epitelində, mədə şirəsində, ağ ciyərlərdə, ağız suyunda, sidikdə təyin olunur. Yüksək spesifiklik göstərmir. Mədə-bağırsaq traktının bədxassəli xəstəliklərinin onkomarkeridir. Daha çox mədəaltı vəzi xərçənginə həssasdır-82%, qaraciyər və öd yolları xərçənginə 76% həssaslıq göstərir.
CA19-9 XEA (xərçəng embrional antigeni) ilə kombinasiyasını mədə xərçənginin gedişatını kontrolda saxlamaq üçün istifadə edirlər.
Mühüm dərəcəli artmasının səbəb olduğu hallar:
• mədəaltı vəzi xərçəngi;
• mədə xərçəngi;
• yoğun bağırsaqların, ağ ciyərlərin, sidik kisəsinin bədxassəli şişləri.
Artmasının səbəb olduğu hallar:
• xolestaz;
• kəskin və xroniki pankreatit;
• mexaniki sarılıq;
• revmatik xəstəliklər.