ANCA IIF screen, ANCA tarama , Anti nükleer sitoplazmik antikor , sitoplazmik ANCA , Perinükleer ANCA , ANCA profil , ANCA panel, AAV, ANCA-associated vasculitis, Otoimmun vaskülit, Wegener’s granulomatosis, microscopic polyangiitis, Churg-Strauss syndrome
cANCA-nın Wegener qranulomatoz xəstəliyinə yüksək nisbətdə spesifiklik göstərməsinə baxmayaraq, pANCA paterninə daha çox mikroskopik poliangit və ya Churg-Strauss vaskulitində rast gəlinir. Klassik Wegener qranulomatoz xəstələrinin yalnız 10-25%-də pANCA paterninə rast gəlinir.
cANCA və pANCA testlərinin yalançı pozitiv nəticə vermə nisbətinin 1%-dən aşağı, yəni çox aşağı olduğu göstərilmişdir. Yuxarıda sadalanan xəstəliklərdən başqa sistemli qırmızı qurdeşənəyində 25%, revmatoidlili artritdə 20%, Seqren sindromunda 25%, Qudpasçer sindromunda, idiopatik qlomerulonefrit və xroniki infeksion xəstələrin bir qismində pANCA paterninə uyğun pozitiv nəticələrə rast gəlinə bilər.