ASA
ASA sperma membranında yerləşən antigenlərə qarşı yaranan anticisimlərdir. Daha çox infeksion xəstəliklər, hər hansısa keçirilmiş travma, varikoz, kriptorxizm kimi müxtəlif xəstəliklərin fəsadı olaraq yaranmağa başlayır.
Qadınlarda və ya kişilərdə əmələ gəlməsindən asılı olmayaraq bu antitellərin funksiyası spermanı məhv etməkdir. Bu səbəbdən də bu anticisimlər kişilərdə sonsuzluqla, qadınlarda isə partnyorlarla immunoloji uyğunsuzluqla nəticələnir.
Bu antitellərin spermatozoidlə birləşməsi onların hərəkətliliyinin azalmasına təsir göstərir. Antispermal antitellərin yaranmasının bir neçə səbəbi vardır. Bunlara infeksiya, travmalar, onkoloji xəstəliklər, varikosele, kriptorxizm, toxumçıxardıcı yolların tutulması, cinsi orqanlarda cərrahi müdaxiləni misal gətirmək olar.