BOS Streptococcus pneumoniae PCR , BOS Neisseria meningitidis PCR, BOS Haemophilus influenza tip b PCR, N. meningitidis, H. influenzae , S. pneumoniae, , Meningit infeksiyası
Meningit təhlükəli xəstəliklərdən biri sayılıb, beyin qişalarının iltihabıdır. Meningitin səbəbi istənilən (!) infeksiya ola bilər - virus, bakteriya, göbələk, hətta ibtidailər (məsələn, amob). Məhz bu səbəbdən meningitlər də müxtəlif olur, gedişatı, inkişafı, fəsadları ilə fərqlənir. Ən əsası isə odur ki, meningiti törədən infeksiyadan asılı olaraq bu xəstəliyin müalicəsi dəyişir.
Meningitlər-insanın həyatı üçün real təhlükə və ağır fəsadların əmələ gəlməsi ilə təzahür edirlir. Hər hansı bir xəstəlikdən zəifləmiş insanlarda, yaşlılarda, körpə uşaqlarda məhz immunitetin zəifləməsi meningitin inkişafına səbəb ola bilər. Meningit diaqnozu vaxtında qoyulduqda və müalicəsi dərhal başladıqda xəstəlik tamamilə aradan qaldırılır.
YOLUXMA YOLLARI:
• Hava-damcı;
• Təmas;
• Qida ilə;
• Su ilə.
SİMPTOMLAR:
• Hərarətin 38-40 dərəcəyədək kəskin artımı;
• Ümumi halsızlıq, qusma, diareya;
• Şiddətli baş ağrıları, soyuqdəymə, öskürək, boğazın iltihabı;
• Bəzən səpgilər (dəridə və ya ağız boşluğunda suluqlu qizmizi səpgilər);
• Qarın və əzələ ağrıları, əsasən boyun əzələlərində;
• Başın çətinliklə qaldırılması;
• Fotofobiya, qıc olmalar, narahatlıq, yuxu rejimin pozulması, diqqət dağınıqlığı;
• Yenidoğulmuşlarda əmgəyin qalınlaşması.
Meningitin səbəbləri:
Bakterial
• 3 aya qədər yenidoğulmuşlarda;
E.coli, B qrup streptokokklar, Listeria;
• 3 aydan yuxarı yenidoğulmuşlarda;
N. meningitides, S.pneumoniae, H.influenza tip B (azyaşlı uşaşqlarda).
Viral
• Enterovirus (coxachie,polio);
• Adenovirus Herpes Simplex Virus.
Fungal
• İmmun sistemi zəifləmiş insanlarda xəstəlik törədə bilər;
• Histoplasma, Coccidoides;
• Paracoccidiodes, Candida;
• Aspergilus, Cryptococcus neoformans.
Protozoal
• Naeglerleria fowleri;
• Acanthamoeba castellani;
• Bir analiz vasitəsilə bakterial mənşəli meningitin tez bir zamanda təyini;
• Düzgün antibiotik seçimi və nəhayət, effektiv müalicəsi mümkündür.
Meningitin törədicisinin müəyyən edilməsi və erkən aşkarlanması effektiv müalicə üçün mühüm rol oynayır.
DPO ™ texnologiyasına əsaslanan multipleks PCR sistemi ilə Seeplex® Meningitis ACE Detection 6 bakteriyanı aşkar edir.
Bakterial Meningit Paneli daxili təyin olunur:
• Escherichia coli X1 (E. coli X1)
• Group B Streptococcus (GBS)
• Haemophilus influenzae (HI)
• Listeria monocytogenes (LM)
• Neisseria meningitidis (NM)
• Streptococcus pneumoniae (SP)
QEYD! Panel daxili təyin olunan parametrlər istifadə olunan reaktivlərə görə dəyişə bilər. Müraciət zamanı panel daxili aparılan müayinələr ilə bağlı yerindəcə məlumat almağınız xahiş olunur.