HBsAb-hepatit B virusunun səthi antigeni
Hepatit B-nin səthi antigeni (HBsAg) adlanır. Nukleokapsidin tərkibində əsas antigen (HBcAg) və e-antigen (HBeAg), həmçinin virusun fermentləri və DNT var.
Virus qan vasitəsilə ötürülür (təkar istifadə olunmuş iynələr, şprislər və digər tibbi alətlərdən istifadə edərkən, həmçinin kosmetik prosedurlar, döymə və təkrar istifadə edilə bilən alətlərin istifadə edildiyi digər manipulyasiyalar zamanı və prosedurun özü dəri və selikli qişanın zədələnməsi ilə əlaqəli olduqda), cinsi yolla, yoluxmuş anadan uşağa (şaquli yol). İnkubasiya dövrü 30 ilə 180 gün arasında dəyişir.
Hepatit B-nin aktiv profilaktikası peyvənd vasitəsilə mümkündür.
HBsAg hepatit B virusunun səthi antigenidir. Ona qarşı antitellər, yəni anti-HBs yoluxmadan 4-12 həftə sonra yaranmağa başlayır.
Anti - Hbs testi - viral hepatit B-yə qarşı xüsusi qoruyucu post-infeksion (yoluxma sonrası) və ya peyvənddən sonra yaranan anticisimlərin qanda kəmiyyət təyinidir.
Analiz nə üçün istifadə olunur?
- Xroniki hepatit B-nin monitorinqi məqsədilə (hepatit B virusuna qarşı digər antigenlərin və anticisimləri təyini ilə birlikdə aparılır).
- Viral hepatit B -yə qarçı post-infeksion immunitetin inkişafını müəyyən etmək.
- Peyvəndin effektivliyini və peyvənddən sonra yaranan immuniteti qiymətləndirmək.
- Viral hepatitə yoluxma riski yüksək olan xəstələrə immunoqlobulinin təyin edilməsinin məqsədəuyğunluğu barədə qərar qəbul etmək.
- Xroniki viral hepatit B və onun müalicəsinin monitorinqi zamanı hər 3-6 aydan bir.
- Daha öncə naməlum etiologiyalı hepatit əlamətləri müşahidə olunduğu hallarda .
- HBV infeksiyası üçün yüksək risk altında olan xəstələri qiymətləndirərkən.
- Viral hepatit B-yə qarşı peyvəndin aparılmasına qərar verərkən.
- Peyvənd vurulduqdan sonra.
- Xəstəliyin başlanmasından 3-4 ay sonra əksər hallarda uzun müddət qanda dövr etməyə başlayır;
- Keçirilmiş xəstəlik zamanı zərdəbda ömür boyu qalır.