D2-Erqokalsiferol, D3-Xolekalsiferol
Vitamin D yağda həll olunan vitaminlər qrupuna aiddir, xolekalsiferol (Vitamin D3) ve erqokalsiferol (Vitamin D2) adlanan orqanizm üçün vacib iki əsas forması mövcuddur.
Qida ilə qəbul olunan Vitamin D2 və endogen (dəridə) sintez olunan D3 qaraciyərdə müvafiq fermentlərin təsiri ilə 25-OH D2 və 25-OH D3-ə çevrilir.
Orqanizmdə D vitamini səviyyəsinin ən yaxşı göstəricisi 25-OH D-dir. Çünki D vitamini qanda daha çox bu formada olur.
D vitamini çatışmazlığı əlamətləri:
Saç tökülməsi, sümük-əzələ və oynaq ağrıları, həddindən artıq tərləmə, dəri quruluğu, yorğunluq, halsızlıq, depressiv hallar, immun sistemin zəifləməsi, metabolizmanın zəifləməsidir (çəki ata bilməmək).
D vitamini çatışmazlığının nəticələri:
- Qanda kalsium səviyyəsinin aşağı olması (hipokalsemiya);
- Qanda fosfor səviyyəsinin aşağı olması (hipofosfatemiya);
- Uşaqlarda sümüklərin yumşalması və əyilməsi ( raxitlik);
- Böyüklərdə sümüklərin yumşalması və əzələ zəifliyi (osteomalyasiya);
- Sümük kütləsinin azalması və sümük qırılmasının çoxalması (osteoporoz).
D vitamini çatışmazlığı diaqnozu qanda D vitaminin 25 OH D səviyyəsinə əsasən qoyulur.
Referans Klinik Laboratoriya Mərkəzində 25 OH D2, 25 OH D3 vitamini analizi Tandem MS (maye xromatoqrafiya ikiqat kütlə spektrometriyası) ilə aparılır.
Tandem MS 25 OH D2 və D3-ün hər birinin miqdarını ayrı-ayrılıqda ölçən bir üsuldur.
Serum vitamin D səviyyəsinin ölçülməsində Tandem MS metodu Qızıl Standart hesab olunur.