Kalsitriol 1,25 Dihidroksi Vitamin D
D vitamini defisitinin ömrü qısaldıcı bir təsirinin olduğu bildirilmişdir. Serumda D vitamini konsentrasiyasının azalması, uşaqlarda raxitlik böyüklərdə osteomalyasiya xəstəliklərinə səbəb olur.
D vitamini defisitinin mərkəzi sinir sistemi baxımından da önəmli olduğu bildirilir, eyni zamanda immun sistemi üçün böyük əhəmiyyət daşıdığı məlumdur. Plazmada ölçülən 25 hidroksivitamin D konsentrasiyası, şəxsin orqanizmdəki D vitamini rezervi haqqında məlumat verir.
Dieta ilə kifayət qədər D vitamini qəbul etməyənlərdə, uzun müddət yalnız ana südü ilə qidalanan körpələrdə, 25 hidrolsilləşmə reaksiyası kifayət olmayan bəzi qaraciyər xəstəliklərində, qeyri-tropikal spru kimi malabsorbsiya sindromlarında, yağ sorulmasını pozan bütün hallarda, D vitamini metabolizmini sürətləndirən fenitoin və fenobarbital kimi dərmanlarla müalicə edilən xəstələrdə serum Vitamin D səviyyəsi enir. Endogen sintezdə ultrabənövşəyi şüaların rolu olduğundan, kifayət qədər günəş işığına məruz qalmamaq da D vitamini çatışmazlığına səbəb ola bilər.