Retinol
Təbii mənbələri:
A vitamininin provitamini meyvə və tərəvəzlərdən ən çox kələm, portağal, şəftəli, ərik, pomidor və yaşıl lobyada olur. Bunlardan başqa, kərə yağı, yumurta sansı, pendir, süd, ət və qaraciyərdə də xeyli miqdarda A vitamininə rast gəlinir.
Günlük tələbat: 5000 V
Hamilə qadınlar üçün: 6600 V
Uşaqlar üçün yaşdan asılı olaraq: 1650-50000 V o cümlədən:
1 yaşa qədər- 1650V
1-6 yaş - 3300 V
Artmasına səbəb olan hallar:
- Yenidoğulmuşlarda idiopatik hiperkalsiemiya;
- Hipervitaminoz;
- Toksikozlar;
- Xronik böyrək xəstəlikləri;
- Qlükokortikoidlər;
- Oral qəbul edilən dərmanlar.
Azalmasına səbəb olan hallar:
- Gecə korluğu;
- Hipotiroidizm;
- Qaraciyər və pankreas xəstəlikləri;
- Xronik infeksiyalar;
- Vərəmin miliar forması;
- Karcinoid sindrom;
- Qida maddələrində kifayət qədər A vitamini almayanlar;
- Sink çatışmazlığı.

